Expressbankda “Dermatoloji Seminar” keçirilib - Sağlamlıq ayı
sizinxeber.az xəbər saytı

Expressbankda “Dermatoloji Seminar” keçirilib - Sağlamlıq ayı


Daxili Korporativ Sosial Məsuliyyətini ciddi dərk edən maliyyə institutu olaraq Expressbank əməkdaşları üçün ardıcıl sağlamlıq tədbirləri həyata keçirməyə davam edir.

7 aprel – Ümumdünya Sağlamlıq Günü münasibətilə 2025-ci ilin aprel ayı Bank daxilində “Sağlamlıq ayı” elan olunub. Sözügedən ay çərçivəsində Bankın əməkdaşları üçün həyata keçirilən növbəti sağlamlıq tədbiri Liv Bona Dea xəstəxanasının peşəkar dermakosmetoloqu Dr. Günay Feyziyevanın iştirakı ilə “Yaz aylarında dəridə ləkələr, səbəbləri və aradan qaldırılması yolları” mövzusunda seminar olub.

Seminar zamanı tədbir iştirakçılarına mövzu haqqında ətraflı məlumat verilib və onların dermatoloji problemlərlə bağlı müxtəlif sualları cavablandırılıb. Sonda isə tədbir iştirakçılarına tibbi-kosmetik məhsullar təqdim olunub.

Qeyd edək ki, Expressbank əməkdaşlarının sağlamlığının daim qayğısına qalır və bu yöndə ardıcıl tədbirləri “Sağlam komanda” layihəsi çərçivəsində həyata keçirir.

Oxşar xəbərlər

Expressbankda “Sağlamlıq ayı” keçirilir
“Danışır təcrübə” layihəsinin qonağı millət vəkili Rəşad Mahmudov olub
FHN Gəncə şəhərində seminar-müşavirə keçirib - FOTO
COP29 çərçivəsində nəzərdə tutulan mədəniyyət məzmunlu tədbirlər təqdimat edilib
Qarşıdakı 4 il üçün dövlət və icmal büdcələrinin proqnoz göstəriciləri müzakirə olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər