"Bank BTB" bu ilin III rübünü zərərlə bitirib - HESABAT
"Bank BTB" 2024-cü ilin III rübünü 493 min manat xalis zərərlə başa vurub.
"Sizinxeber.az-Economics" bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu ötən ilin eyni dövrünə nisbətən 2 dəfə azdır. Belə ki, 2023-cü ilin eyni dövründə bank 987 min manat xalis zərər açıqlamışdı.
Hesabat dövründə bankın faiz gəlirləri 3,8% artaraq 23,3 milyon manat, faiz xərcləri isə 0,6% artaraq 14,2 milyon manat təşkil edib. Bu dövrdə bankın qeyri-faiz gəlirləri 4,3 milyon manata ( illik müqayisədə 24% çox ), qeyri-faiz xərcləri isə 9,55 milyon manata ( illik müqayisədə 3,3% az ) bərabər olub. Beləliklə, bank bu dövrdə 3,76 milyon manat əməliyyat mənfəəti əldə edib. Bu isə ötən ilin eyni dövrünə nisbətən 2 dəfə çoxdur.
Cari ilin oktyabrın 1-nə bankın aktivləri ilin əvvəli ilə müqayisədə 0,2% və ya 917 min manat azalaraq 369,2 milyon manata enib. Cari ilin ilk 9 ayında "Bank BTB"nin kredit portfeli (müştərilərə verilmiş xalis kreditlər) 4.1% və ya 6,6 milyon manat artaraq 275,2 milyon manata çatıb.
Bu dövrdə "Bank BTB"nin cəmi öhdəlikləri 316,2 milyon manat təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 1,7% və ya 5,5 milyon manat çoxdur. Bankın depozit portfeli(müştərilərin depozitləri) isə əksinə, cari ilin ilk 9 ayında 18,7% və ya 2,9 milyon manat azalaraq 150,04 milyon manata enib.
2024-cü il oktyabr ayının 1-nə həmçinin, "Bank BTB"nin cəmi kapitalı ilin əvvəli ilə müqayisədə 9,8% və ya 832 min manat azalaraq 51,99 milyon manata bərabər olub.
Oxşar xəbərlər
“Bank VTB Azərbaycan”ın mənfəəti 2,5 mln. manat azalıb - Hesabat [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Azərbaycan Sənaye Bankı”nın depozit portfeli 14 mln. manatdan çox azalıb - Hesabat [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu il “Bank Respublika”dan 100 milyondan çox depozit geri çəkilib - Hesabat [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dövlət büdcəsinin profisiti 3 dəfəyə yaxın artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yelo Bank üçüncü rübü uğurlu göstəricilərlə başa vurub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












