Azərbaycan PEMPAL proqramının Xəzinədarlıq Cəmiyyətinə rəhbərlik edəcək
sizinxeber.az xəbər saytı

Azərbaycan PEMPAL proqramının Xəzinədarlıq Cəmiyyətinə rəhbərlik edəcək


Avstriyanın paytaxtı Vyanada Dünya Bankının “Dünya maliyyəsinin idarəedilməsi üzrə təcrübə mübadiləsi (PEMPAL) proqramı”nın dövlət xərclərinin idarə edilməsi üzrə plenar iclası keçirilib.

Bu barədə "APA-Economics"ə Maliyyə Nazirliyindən bildirilib.

Məlumata görə, üzv ölkələrin maliyyə nazirlərinin, dövlət xəzinədarlığının rəhbərlərinin, Avropa Komissiyası və Dünya Bankının yüksək səviyyəli rəsmilərinin, PEMPAL katibliyinin təmsilçilərinin və ekspertlərin iştirak etdiyi tədbirdə ölkəmizi Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin direktoru Nazim Qasımzadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Plenar iclasda keçirilən səsvermənin nəticəsinə əsasən, Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin direktoru Nazim Qasımzadə PEMPAL proqramının Xəzinədarlıq Cəmiyyətinin İdarə Heyətinin yeni sədri seçilib.

Proqram çərçivəsində növbəti tədbirin mayın sonunda Gürcüstanın paytaxtı Tbilisidə keçirilməsi qərara alınıb.

PEMPAL proqramı 2005-ci ildə Dünya Bankı tərəfindən təsis edilib, hökumət xərclərinin idarə edilməsi üzrə dövlət fiskal orqanlarının şəbəkəsidir və özündə Mərkəzi Asiya, Mərkəzi və Şərqi Avropanın 21 ölkəsini birləşdirir. Proqramının məqsədi dövlət maliyyə idarəetməsi üzrə bilik və təcrübə mübadiləsi vasitəsilə maliyyə qurumlarının əməkdaşlarının ixtisasını artırmaqdır. PEMPAL Proqramına üzv olan ölkələrin nümayəndələri, beynəlxalq ekspertlər mütəmadi olaraq əldə etdikləri müsbət təcrübəni bölüşür, fikir mübadiləsi aparırlar.

Oxşar xəbərlər

Azərbaycan Dünya Bankının PEMPAL proqramının plenar iclasında təmsil olunub
Azərbaycanda yeni büdcə mexanizminin tətbiqi mövzusunda təlimlərə başlanılır
Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin səlahiyyətləri artırılıb
Nazir müavini Firudin Qurbanov Sankt-Peterburq şəhərinə səfər edib
Zakir Nuriyev: Azərbaycanda Yaşıl Maliyyə Fondunun yaradılmasına ehtiyac yaranıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər