Zakir Nuriyev: Azərbaycanda Yaşıl Maliyyə Fondunun yaradılmasına ehtiyac yaranıb
sizinxeber.az xəbər saytı

Zakir Nuriyev: Azərbaycanda Yaşıl Maliyyə Fondunun yaradılmasına ehtiyac yaranıb


Azərbaycanda Yaşıl Maliyyə Fondunum yaradılmasına ehtiyac yaranıb.

Sizinxeber.az-Economics” xəbər verir ki, bunu bu gün Bakıda keçirilən Yaşıl Maliyyə və Dayanıqlı İnkişaf Forumunda çıxışı zamanı Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev deyib.

O bildirib ki, yaşıl maliyyə üçün dövlət-özəl tərəfdaşlıqları genişlənməli, banklar yaşıl kreditlər və dayanıqlı maliyyə alətləri ilə bazara dəstək verməlidir.

“Azərbaycanda prioritet istiqamətlərin maliyyələşdirilməsində dövlət dəstəyi üzrə uğurlu təcrübəni hamımız görürük və bu təcrübəni yaşıl maliyyələşməyə də tətbiq edə bilərik. Bəzi ölkələrin təcrübələrində dövlət qurumları və ya agentliklərinin, eləcə də qeyri-hökümət təşkilatlarının sırf bu məqsədə xidmət edəcək yaşıl banklar təsis etdiklərini də görürük. Azərbaycan üçün isə bu yolda banklara dəstək olacaq yeni bir fondun yaradılması və ya bu rolun cari fondların birinə həvalə edilməsi dayanıqlı maliyyələşmə üçün həlledici addımlardan biri ola bilər”- ABA sədri əlavə edib.

Oxşar xəbərlər

Zakir Nuriyev: "Banklar "yaşıl kredit" və digər iqlim maliyyə alətləri təqdim etməlidir" [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABA: Azərbaycan bankları yaşıl maliyyəyə 17,6 mlrd. dollara yaxın vəsait yönəltməlidir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Taleh Kazımov: Banklar COP-29 zamanı yaşıl keçidlə bağlı öhdəlik götürüblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda "yaşıl maliyyə" və dayanıqlı inkişaf forumu keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Taleh Kazımov: Yaşıl Maliyyə Taksonomiyası hökumətə təqdim ediləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər