Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin səlahiyyətləri artırılıb
Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin səlahiyyətləri artırılıb.
APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin imzaladığı fərmanla “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə”də edilən dəyişiklikdə əksini tapıb.
İndiyə qədər Dövlət Su Ehtiyatları Agentliyinin sədri dövlət büdcəsindən ayrılan vəsaitin, büdcədənkənar vəsaitin sərəncamçısı olaraq maliyyə vəsaitini bölüşdürüb, ayrılmış vəsaitin həddi nəzərə alınmaqla Agentliyin işçilərinin vəzifə maaşlarına əlavələrin, maddi yardım və mükafatların verilməsini təmin edib. Dəyişikliyə əsasən, Dövlət Su Ehtiyatları Agentliyinin sədri dövlət büdcəsindən ayrılan vəsait və büdcədən kənar vəsaitlə bərabər, Agentliyin strukturuna daxil olmayan tabeliyindəki qurumların gördüyü işlərdən (göstərdiyi xidmətlərdən) əldə olunan gəlirlərin də sərəncamçısı olaraq maliyyə vəsaitini bölüşdürəcək, Agentliyin işçilərinin vəzifə maaşlarına əlavələrin, maddi yardım və mükafatların verilməsini təmin edəcək.
Oxşar xəbərlər
İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırılacaq
Dövlət Proqramı ilə xaricdə təhsil alacaq gənclərin sayı artırılıb
Kənd təsərrüfatı itexnikalarının satışı və lizinqinə tətbiq edilən güzəştlər artırılıb
Şöbə müdiri: Su sektorunda müxtəlif qurumların olması pərakəndəliyə səbəb olub
Fitch: Azərbaycanın strateji valyuta ehtiyatları bu il 74 mlrd. dollara çatacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













