Azərbaycan Dünya Bankının PEMPAL proqramının plenar iclasında təmsil olunub
Azərbaycanın Maliyyə Nazirliyinin nümayəndə heyəti PEMPAL proqramının plenar iclasında iştirak edib.
“Report” nazirliyə istinadən xəbər verir ki, martın 25-28-də Avstriyanın paytaxtı Vyanada Dünya Bankının “Dünya maliyyəsinin idarəedilməsi üzrə təcrübə mübadiləsi (PEMPAL) proqramı”nın dövlət xərclərinin idarə edilməsi üzrə plenar iclası keçirilib.
Üzv ölkələrin maliyyə nazirlərinin, dövlət xəzinədarlığının rəhbərlərinin, Avropa Komissiyası və Dünya Bankının yüksək səviyyəli rəsmilərinin, PEMPAL katibliyinin təmsilçilərinin və ekspertlərin iştirak etdiyi tədbirdə ölkəmizi Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin direktoru Nazim Qasımzadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.
Tədbirdə N.Qasımzadə “PEMPAL ölkələrində xəzinədarlıq funksiyalarının rəqəmsallaşdırılması və genişləndirilməsi” mövzusunda təqdimatla çıxış edib, maliyyə sahəsində Azərbaycanda aparılan islahatlar, xəzinədarlığın elektron təşkili, xəzinə informasiya sisteminin müasirləşdirilməsi və digər məsələlər haqqında geniş məlumat verib.
Plenar iclasda keçirilən səsvermənin nəticəsinə əsasən, Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin direktoru Nazim Qasımzadə PEMPAL proqramının Xəzinədarlıq Cəmiyyətinin İdarə Heyətinin yeni sədri seçilib.
Proqram çərçivəsində növbəti tədbirin mayın sonunda Gürcüstanın paytaxtı Tbilisidə keçirilməsi qərara alınıb.
PEMPAL proqramı 2005-ci ildə Dünya Bankı tərəfindən təsis edilib, hökumət xərclərinin idarə edilməsi üzrə dövlət fiskal orqanlarının şəbəkəsidir və özündə Mərkəzi Asiya, Mərkəzi və Şərqi Avropanın 21 ölkəsini birləşdirir. Proqramının məqsədi dövlət maliyyə idarəetməsi üzrə bilik və təcrübə mübadiləsi vasitəsilə maliyyə qurumlarının əməkdaşlarının ixtisasını artırmaqdır. PEMPAL Proqramına üzv olan ölkələrin nümayəndələri, beynəlxalq ekspertlər mütəmadi olaraq əldə etdikləri müsbət təcrübəni bölüşür, fikir mübadiləsi aparırlar.
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankının nümayəndə heyəti ABŞ-yə işgüzar səfər edib
Dünya Bankının Azərbaycanla yeni Ölkə Tərəfdaşlıq Çərçivəsi hazırlanacaq
SOCAR İtaliya bankından maliyyə vəsaiti cəlb edir
Azərbaycan İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirlərinin Koalisiyasına üzv olub
"Azərbaycanda yeni büdcə mexanizminin tətbiqi" mövzusunda təlimə başlanılır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Mərdəkanda dənizdə batan 4 nəfərdən 2-nin meyiti tapılıb - YENİLƏNİB
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb

