Şahmar Mövsümov: Dünya Bankı Azərbaycanda 50-dən çox investisiya layihəsi ilə əsas sektorları modernləşdirməyə kömək edib
sizinxeber.az xəbər saytı

Şahmar Mövsümov: Dünya Bankı Azərbaycanda 50-dən çox investisiya layihəsi ilə əsas sektorları modernləşdirməyə kömək edib


Dünya Bankı illər ərzində Azərbaycanda 50-dən çox investisiya layihəsi vasitəsilə enerjii, kənd təsərrüfatı, nəqliyyat və səhiyyə kimi əsas sektorları modernləşdirməyə kömək edib.

Sizinxeber.az-Economics” xəbər verir ki, bunu Dünya Bankının illik qlobal hesabatının təqdimat tədbirində çıxış edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi Məsələlər və İnnovativ İnkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

O bildirib ki, bu, yalnız iqtisadiyyatımızı gücləndirmədi, həm də həyat keyfiyyətini artırdı.

"Dünya Bankının ekspertizası iş mühitini yaxşılaşdırmağa və investisiyaları cəlb etməyə, yollar və suvarma sistemləri daxil olmaqla kritik infrastrukturu genişləndirməyə, rəqəmsal transformasiyanı təşviq etməyə və Azərbaycanın rəqabət qabiliyyətini artırmağa, iqlimə davamlılıq və yaşıl enerji həllərini dəstəkləməyə kömək edib. Gələcəyə baxarkən Dünya Bankı institutları gücləndirmək, innovasiyaları təşviq etmək və inklüziv artımı təmin etmək üçün əsas tərəfdaş olaraq qalır”- Şahmar Mövsümov əlavə edib.

Oxşar xəbərlər

Vitse prezident: Dünya Bankı yaşıl rəqəmsal sərmayələrini 700 milyon dollara çatdırıb
Prezident İlham Əliyev İslam İnkişaf Bankının prezidenti ilə görüşüb
Prezident İlham Əliyev İslam İnkişaf Bankının prezidenti ilə görüşüb, sənədlər imzalanıb
Taleh Kazımov: Maliyyə sektoru iqtisadi artım maliyyələşməsində mühüm rol oynayır
PA Vətəndaş Qəbulu Mərkəzində yanvar ayında vətəndaşların qəbulu cədvəli açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər