Taleh Kazımov: Maliyyə sektoru iqtisadi artım maliyyələşməsində mühüm rol oynayır
Maliyyə sektoru iqtisadi artımın maliyyələşdirilməsində mühüm rol oynayır.
“APA-Economics” xəbər verir ki, bunu Dünya Bankının illik qlobal hesabatının təqdimat tədbirində çıxış edən Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov deyib.
AMB sədri bildirib ki, əsas məqsəd daxili və xarici investisiyaları, xüsusilə innovasiyalara yönləndirmək və bu sahəyə maliyyə dəstəyi verməkdir: “Düşünürəm ki, güclü və sabit maliyyə sektorumuzdan səmərəli istifadə etməklə orta gəlir tələsindən yayınmaq mümkündür”.
“Mərkəzi Bank hökumət, Dünya Bankı və digər maraqlı tərəflərlə sıx əməkdaşlıq etməyə davam edəcək ki, siyasətimiz 2025-2029-cu illəri əhatə edən yenilənmiş Dünya Bankının Ölkə Tərəfdaşlıq Çərçivəsinin strateji prioritetlərinə uyğun olsun” - Taleh Kazımov əlavə edib.
Oxşar xəbərlər
Mərkəzi Bank iqtisadi artım proqnozunu açıqlayıb
Taleh Kazımov: Yaşıl Maliyyə Taksonomiyası hökumətə təqdim ediləcək
Taleh Kazımov: Banklar COP-29 zamanı yaşıl keçidlə bağlı öhdəlik götürüblər
Azərbaycanda yaşıl taksonomiyanın hazırlanması Dünya Bankı ilə müzakirə edilib
Taleh Kazımov: "Qlobal iqlim dəyişiklikləri iqtisadiyyatımıza təsir edir"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”












