Fitch Solutions: Azərbaycanın Avropa üçün strateji əhəmiyyəti artıb
"Rusiyanın 2022-ci ildə Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra Azərbaycanın Avropa üçün strateji əhəmiyyəti artıb, çünki ölkə Rusiyaya alternativ qaz tədarükçüsü kimi çıxış etmək potensialına malikdir".
"APA-Economics" xəbər verir ki, bu barədə "Fitch Group"a aid olan "Fitch Solutions” (FS) şirkətinin ölkə üzrə hesabatında bildirilib.
Qeyd edilib ki, 2022-ci ilin sonlarında Avropa Komissiyası Azərbaycanla Anlaşma Memorandumu imzalayıb ki, bu da Cənub Qaz Dəhlizindən alınan qaz həcmini 2027-ci ilə qədər iki dəfə artırmağı nəzərdə tutur. Hazırda bu dəhliz vasitəsilə Avropaya illik 10 mlrd. kubmetr (bcm) qaz tədarük edilir. Bu həcmi 20 mlrd. kubmetrə çatdırmaq üçün Azərbaycan öz daxili tələbatını ödəmək məqsədilə Rusiyadan qaz idxalını artırmalı olub.
"Azərbaycan enerji ixracını şaxələndirmək və yaşıl enerji sahəsində nüfuzunu artırmaq üçün bərpa olunan enerji layihələrini inkişaf etdirmək istiqamətində addımlar atır. Bu baxımdan, Bakıda COP29-un keçirilməsi Azərbaycanın yaşıl enerji gündəmini təşviq etmək cəhdi kimi qiymətləndirilə bilər" - hesabatda əlavə edilib.
Oxşar xəbərlər
"Fitch Solutions” Azərbaycanda neft hasilatı ilə bağlı proqnozunu açıqlayıb
Fitch Solutions: AÇG-də neft hasilatının artırılması və artan enerji qiymətləri Azərbaycan büdcəsini dolduracaq
"Fitch Solutions”: Azərbaycan Avropaya qaz ixracının artırılması üçün sərmayələr cəlb edə bilər
Fitch Solutions: Qarabağın bərpasına 2027-ci ilə kimi 29 mlrd. manat investisiya planlaşdırılıb
"Fitch Solutions" Azərbaycanda iqtisadi artımla bağlı gözləntilərini açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”












