Növbəti il dövlət büdcəsində neftin ixrac qiyməti 70 dollar proqnozlaşdırılır
sizinxeber.az xəbər saytı

Növbəti il dövlət büdcəsində neftin ixrac qiyməti 70 dollar proqnozlaşdırılır


2025-ci ildə xam neftin bir barrelinin orta illik ixrac qiyməti 70 ABŞ dolları səviyyəsində götürülməklə 2025-ci il dövlət büdcəsinin gəlirləri ÜDM-in 28,3 faizi həcmində yəni 36 milyard 616 milyon manat nəzərdə tutulur. Bunun da 46,6 faizi və ya 17 milyard 73 milyon manatı neft-qaz sektorunun, 53,4 faizi və ya 19 milyard 543 milyon manatı qeyri-neft/qaz sektorunun payına düşür.

Bu barədə "APA-Economics" Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Qeyd edilib ki, 2025-ci ildə Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar dövlət büdcəsi gəlirlərinin 42,3 faizini və ya 15 milyard 500 milyon manat təşkil edəcəkdir ki, bu da cari ilin dürüstləşdirilmiş proqnozundan 230,0 milyon manat və ya 1,5 faiz çox, 2023-cü ilin icra göstəriciləri ilə
müqayisədə isə 626,7 milyon manat və ya 3,9 faiz azdır.

Bununla yanaşı, növbəti ildə dövlət büdcəsi gəlirlərinin 12 milyard 781,0 milyon manatı və ya 34,9 faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfertin, 6 milyard 600 milyon manatı və ya 18 faizi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 840,0 milyon manatı və ya 2,3 faizi büdcə təşkilatlarının büdcədənkənar daxilolmalarının, 895,0 milyon manatı və ya 2,4 faizi isə sair gəlirlərin payına düşür.

Oxşar xəbərlər

Dövlət Büdcəsinin 2025-ci il üzrə proqnozlaşdırılan gəlirləri və xərcləri açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
2025- ci il üzrə icmal büdcənin gəlir və xərc proqnozu açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu ilin sonuna Azərbaycanın dövlət borcu proqnozu açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın 2024-cü il üzrə yenidən baxılan büdcə gəlirlərinin strukturu açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 900 mln. manata yaxın artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər