Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 48%-dək artıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 13 206,5 milyon manat təşkil edib, bu da proqnozla müqayisədə 176,1 milyon manat və ya 1,3% az, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 4 260,3 mln. manat və ya 47,6% çoxdur.
“Sizinxeber.az-Economics”in Maliyyə Nazirliyinə istinadən verdiyi məlumata görə, 2024-cü ilin doqquz ayında dövlət büdcəsinin gəlirlərində neft-qaz sektoru üzrə daxilolmaların 27,4%-i və ya 3 620,8 mln.manatı vergi orqanlarının xətti ilə daxilolmaların, 72,6%-i və ya 9 585,7 milyon manatı Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin payına düşüb.
Məlumata görə, vergi orqanlarının xətti ilə dövlət büdcəsinə mədaxil olmuş neft-qaz gəlirlərinin 47,8%-i və 1 729,7 mln. manatı “Şahdəniz” yatağı üzrə mənfəət vergiləri üzrə daxilolmalar, 36,8%-i və ya 1 333,1 mln. manatı Dövlət Neft Şirkətinin ödədiyi müvafiq vergilər, 15,4%-i və ya 558 mln. manatı “Azəri-Çıraq-Günəşli” layihəsi üzrə mənfəət vergiləri üzrə daxilolmalar təşkil edir.
Oxşar xəbərlər
Növbəti il dövlət büdcəsində neftin ixrac qiyməti 70 dollar proqnozlaşdırılır
Bu il vergi ödəyicilərinin büdcəyə olan borcları 500 mln. manatdan çox artıb
Azərbaycanda qeyri-neft sektorundan vergi daxilolmaları 13%-dən çox artıb
Dövlət Büdcəsinin 2025-ci il üzrə proqnozlaşdırılan gəlirləri və xərcləri açıqlanıb
Bu il qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 7 mlrd. manata yaxınlaşıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













