COP 29-la bağlı dövlət büdcəsindən xərclənən vəsaitin həcmi açıqlanıb
sizinxeber.az xəbər saytı

COP 29-la bağlı dövlət büdcəsindən xərclənən vəsaitin həcmi açıqlanıb


COP 29-la bağlı Bakıda aparılan abadlıq və quruculuq işlərinə dövlət büdcəsindən xərclənən vəsaitin həcmi məlum olub.

"APA-Economics" xəbər verir ki, bu barədə 2024-cü il üzrə Azərbaycanın icmal və dövlət büdcələrinin icrasına dair məlumatda bildirilib.

Qeyd edilib ki, 2024-cü ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamlarına əsasən dövlət büdcəsinin ehtiyat fondundan 471,6 milyon manat vəsait ayrılıb. Həmin vəsaitin 470,4 milyon manatının müvafiq qurumlar tərəfindən sifariş sənədləri təqdim edilməklə maliyyələşməsi həyata keçirilib. Açılmış maliyyələşmənin 99,7 faizi müvafiq qurumlar tərəfindən icra edilib, o cümlədən respublikanın bir sıra şəhər və rayonlarında avtomobil yollarının əsaslı təmiri və yenidənqurulması işlərinin həyata keçirilməsinə, hesabat ilinin noyabr ayında Azərbaycanda keçirilmiş BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP 29) ilə bağlı hazırlıq tədbirləri çərçivəsində Bakı şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsinə, 2025-ci ilin 13 aprel-13 oktyabr tarixlərində Yaponiyanın Osaka şəhərində keçiriləcək "Osaka, Kansai Ekspo 2025" Ümumdünya Sərgisində Azərbaycan Respublikasının təmsil olunması ilə bağlı milli pavilyonun qurulması tədbirlərinə, Bərdə, Goranboy və Masallı şəhərlərində yaşayış binalarının tikintisinə, Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində dəymiş ziyanın aradan qaldırılması ilə bağlı zərər vurulmuş obyektlərin bərpası və təmir-tikinti işlərinin yekunlaşdırılmasına, tibbi avadanlıq və xüsusi təyinatlı nəqliyyat vasitələrinin alınmasına, mühüm strateji obyektlərin etibarlı elektrik enerjisi ilə təmin olunmasına və digər tədbirlərin icrasına yönəldilib.

Oxşar xəbərlər

Azərbaycanın ehtiyat fondlarından 9 ayda 124 milyon manat ayrılıb
2024-cü il dövlət büdcəsinin xərclərinin icra vəziyyəti açıqlanıb
Palata: Naxçıvanda dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulmuş məbləğin icra faizi aşağı olub
Sosial-iqtisadi inkişaf strategiyasının icrasına növbəti 2 ildə 13 mlrd. manatdan çox vəsait xərclənəcək
Azərbaycanda ötən ay geyimə 1 mlrd. manat vəsait xərclənib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər