Sosial-iqtisadi inkişaf strategiyasının icrasına növbəti 2 ildə 13 mlrd. manatdan çox vəsait xərclənəcək
“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər və 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda dövlət büdcəsindən maliyyələşdirilməsi nəzərdə tutulan layihə və tədbirlərin həyata keçirilməsi üçün tələb olunan resursların yeni makro-fiskal çərçivəyə uyğun olaraq ortamüddətli resurs zərfi ilə uzlaşdırılması və səmərəli mobilizasiyası təmin ediləcək.
Bu barədə “Sizinxeber.az-Economics” Maliyyə Nazirliyinə istinadən xəbər verir.
2024-cü ildə icraçı qurumlar tərəfindən təqdim edilmiş məlumatlara əsasən “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası üçün 2022-2026-cı illərdə ümumilikdə təqribən 54,8 milyard manat məbləğində vəsait tələb olunur. 2020-2024-cü illərin dövlət büdcəsindən bu məqsədə təqribən 23,2 milyard manat məbləğində vəsait ayrılıb, cari ilin dövlət büdcəsində isə sözügedən Proqramın icrası üçün 6,8 milyard manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulub.
Eyni zamanda, 2025-2026-cı illərdə ümumilikdə 13,3 milyard manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulur. Beləliklə, proqnozlaşdırılan vəsait də nəzərə alındıqda Proqramın icrası üçün 2020-2026-cı illər üzrə ümumilikdə ayrılacaq vəsaitin həcmi 36,4 milyard manata çatdırılacaq.
Oxşar xəbərlər
Növbəti il Naxçıvana büdcədən 150 mln. manat ayrılması proqnozlaşdırılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
“İqtisadi artım üzrə işçi qrupu”nun növbəti iclası keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
ING Azərbaycanın iqtisadi artım proqnozunu yaxşılaşdırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xarici ölkələrdə təhsillə bağlı Dövlət Proqramının müddəti uzadılıb, sənədə doktorantura pilləsi də əlavə edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gələn il yaşıl büdcə xərclərində 16%-dən çox artım nəzərdə tutulub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"












