Palata: Naxçıvanda dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulmuş məbləğin icra faizi aşağı olub
sizinxeber.az xəbər saytı

Palata: Naxçıvanda dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulmuş məbləğin icra faizi aşağı olub


Bu ilin ilk yarımili üzrə Naxçıvan Muxtar Respublikasında dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulmuş vəsaitin icra faizi aşağı olub, bəzi layihələr üzrə ödənişə başlanılmayıb.

Bu barədə "Sizinxeber.az-Economics"ə Hesablama Palatasından bildirilib.

Birinci yarımildə Muxtar Respublikanın büdcəsində dövlət əsaslı vəsait qoyuluşu cari il üçün nəzərdə tutulmuş 22 mln. manatın 6 aylıq bölgüsünə (8,6 mln. manat) qarşı 5,6 mln. manat (65,9%) icra olunub. Müvafiq sərəncamlara əsasən dövlət əsaslı vəsait qoyuluşu üçün Muxtar Respublika büdcəsində nəzərdə tutulmuş 22 mln. manat vəsaitin 20,6 mln. manatının bu ilin ilk yarısında 13 sifarişçi təşkilata 28 layihə üzrə bölgüsü aparılıb. Cari ilin 6 ayı ərzində 9 sifarişçi təşkilat üzrə 13 layihəyə cəmi 5,6 mln. manat vəsait ödənilib ki, bu da sərəncamlara əsasən ayrılmış vəsaitin 27,2%-həcmində olub. Baxılan dövr ərzində 9 sifarişçi təşkilat üzrə 15 layihə üçün nəzərdə tutulmuş 8,7 mln. manat vəsait üzrə ödənişə başlanılmayıb.

Oxşar xəbərlər

Bu ilin birinci yarısında Naxçıvana 150 mln. manat dotasiya ayrılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hesablama Palatası Naxçıvanda büdcədənkənar vəsaitlərin icrası ilə bağlı kənarlaşmalar aşkarlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Böyük Qayıdış Proqramı üçün bu il ayrılan vəsait 5 milyardı ötəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident Qubada yol təmirinə 1,2 milyon manat vəsait ayırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırılacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər