Palata: Hüquqi aktlarda ziddiyyətlər və boşluqlar dövlət vəsaitindən sui-istifadə ilə nəticələnir
Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə növbəti Kollegiya iclası keçirilib.
Bu barədə "APA-Economics"ə Palatadan bildirilib.
İclasda kənar dövlət maliyyə nəzarəti tədbirlərində müşahidə edilən bəzi hüquqi problemlər müzakirə olunub. Qeyd olunub ki, hüquqi aktlarda ziddiyyətlər və boşluqlar bəzi hallarda dövlət vəsaitinin icrasında artıq və əsassız ödənişlərlə, habelə vəsaitdən sui-istifadə ilə nəticələnir.
Müzakirələrin nəticəsinə əsasən müvafiq təhlil üzrə arayışın təkmilləşdirilərək aidiyyəti üzrə göndərilməsinə dair qərar verilib.
Eyni zamanda, iclasda 2025-ci ilin İş Planı üzrə 3 kənar dövlət maliyyə nəzarəti tədbirinin proqramları təsdiq edilib.
Sonra Kollegiya iclasında Hesablama Palatasının funksional fəaliyyəti ilə bağlı 2024-cü ilin yekunlarına dair, həmçinin növbəti ildə qarşıda duran məsələlərə baxılıb.
Oxşar xəbərlər
Hesablama Palatası: Hüquqi aktlarda boşluqlar artıq ödənişlərlə nəticələnir [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Naxçıvan TV"-də dövlət əmlakından istifadə ilə bağlı pozuntular aşkarlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hesablama Palatası Aqrar Kredit və İnkişaf Agentliyində nöqsanlar aşkarlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hesablama Palatası Dənizkənarı Bulvar İdarəsi ilə bağlı Baş Prokurorluğa müraciət edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hesablama Palatası 2025-ci il dövlət büdcəsinin layihəsini müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













