Hesablama Palatası: Hüquqi aktlarda boşluqlar artıq ödənişlərlə nəticələnir
Bu gün Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə qurumda növbəti Kollegiya iclası keçirilib.
"Sizinxeber.az" Palataya istinadən xəbər verir ki, iclasda kənar dövlət maliyyə nəzarəti tədbirlərində müşahidə edilən bəzi hüquqi problemlər müzakirə olunub.
Qeyd olunub ki, hüquqi aktlarda ziddiyyətlər və boşluqlar bəzi hallarda dövlət vəsaitinin icrasında artıq və əsassız ödənişlərlə, habelə vəsaitdən sui-istifadə ilə nəticələnir. Müzakirələrin nəticəsinə əsasən müvafiq təhlil üzrə arayışın təkmilləşdirilərək aidiyyəti üzrə göndərilməsinə dair qərar verilib.
Eyni zamanda, iclasda 2025-ci ilin İş Planı üzrə 3 kənar dövlət maliyyə nəzarəti tədbirinin proqramları təsdiq edilib.
Sonra Kollegiya iclasında Hesablama Palatasının funksional fəaliyyəti ilə bağlı 2024-cü ilin yekunlarına dair, həmçinin növbəti ildə qarşıda duran məsələlərə baxılıb.
Oxşar xəbərlər
Hesablama Palatası AMEA-nın İşlər İdarəsi ilə bağlı Baş Prokurorluğa müraciət edib
Hesablama Palatasının gələn ilin büdcəsi ilə bağlı rəyi Milli Məclisə göndərilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Avstraliyada bunkerdən 500 milyon avro dəyərində narkotik müsadirə olunub
