"Azərbaycan Beynəlxalq Bankı" 272 min manat cərimələnib
Azərbaycan Mərkəzi Bankı (AMB) "Azərbaycan Beynəlxalq Bankı" ASC-ni (ABB) 272 344 manat cərimə edib.
"Sizinxeber.az" bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, bank sektorunda izafi likvidliyin effektiv idarə edilməsi və likvidliyin konsentrasiyasının azaldılması məqsədilə məcburi ehtiyat normaları alətindən istifadə olunur. Banklara tətbiq edilən məcburi ehtiyatlar üzrə tələblər “Mərkəzi Bank haqqında” qanunla, qurumun “Məcburi ehtiyatların norması, hesablanması və saxlanması” qaydası ilə tənzimlənir. Odur ki, banklar tələb olunan məcburi ehtiyatların Qaydaya müvafiq surətdə AMB-də olan müxbir hesablarında saxlanılmasını təmin etməlidirlər.
15 oktyabr - 14 noyabr tarixlərini əhatə edən saxlama dövründə ABB manatla məcburi ehtiyatları tələb olunan normadan az saxlamaqla Qaydanın tələblərinə riayət etməyib. Bundan irəli gələrək, Qanunun 32-ci maddəsinə müvafiq olaraq dövlət bankına qarşı maliyyə sanksiyası tətbiq olunub.
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankı 3 BOKT-un vəzifəli şəxslərini cərimələyib
Azərbaycan Mərkəzi Bankı 3 sığorta şirkətinə icrası məcburi göstəriş verib
AMB “Bank BTB”nin vəzifəli şəxsinə 2 min manat cərimə tətbiq edib
Azərbaycan Mərkəzi Bankı daha 2 sığorta şirkətinə icrası məcburi göstəriş verib
AMB ehtiyatları hesabına valyuta satışları aparılmasını nəzərdən keçirir - EKSKLÜZİV
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













