AMB ehtiyatları hesabına valyuta satışları aparılmasını nəzərdən keçirir - EKSKLÜZİV
Azərbaycan Mərkəzi Bankı (AMB) sərəncamında olan valyuta ehtiyatları hesabına valyuta satışları aparılması imkanlarını nəzərdən keçirir.
Bunu "Report"a müsahibəsində AMB-nin Maliyyə bazarlarında əməliyyatlar departamentinin direktoru Elrad Seydiyev bildirib.
"İzafi pul təklifinin yaratdığı potensial təhdidləri nəzərə alaraq Mərkəzi Bank valyuta bazarındakı vəziyyətdən asılı olaraq manatla likvidliyin sterilizasiyası məqsədilə öz ehtiyatları hesabına valyuta satışları aparılması imkanlarınıda nəzərdən keçirir. Bununla dövlətin valyuta komponentli xərclərlə bağlı tələbatı da ödənmiş olacaqdır", - E. Seydiyev qeyd edib.
Onun sözlərinə görə, Mərkəzi Bankın valyuta ehtiyatları son illər artır: "AMB-nın valyuta ehtiyatlarının dəyişimi valyuta bazarına müdaxilədən və ehtiyatların idarə edilməsindən əldə edilən gəlirlərdən təsirlənir.
Məlum olduğu kimi, 2022-2023-cü illərdə Mərkəzi Bankın valyuta bazarından xalis valyuta alışı 4,2 milyard ABŞ dolları olub. Bu o deməkdir ki, bu illərdə təklif tələbi üstələyib və 4,2 milyard ABŞ dollara bazarda tələb olmadığı üçün AMB tərəfindən alınıb ki, məzənnəyə möhkəmlənmə təzyiqi olmasın. Nəticədə Mərkəzi Bankın valyuta ehtiyatları artıb. Alış yönümlü müdaxilələr manatla pul təklifinə ekvivalent məbləğdə (2022-2023-cü illərdə 7 milyard manatdan çox) artırıcı təsir edib. Bu şəraitdə məlum olduğu kimi, Mərkəzi Bank pul təklifinin izafi genişlənməsinə yol verməmək üçün öz alətləri ilə (məcburi ehtiyatlar, daimi imkan və açıq bazar əməliyyatları) sterilizasiya əməliyyatlarından istifadə edir".
Qeyd edək ki, avqustun 1-nə AMB-nin valyuta ehtiyatları 11 milyard 765,7 milyon ABŞ dolları təşkil edib. Bu, iyulun 1-i ilə müqayisədə 0,2 % çoxdur. AMB-nin valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 1,3 %, son 1 ildə isə 27,3 % artıb.
Elrad Seydiyev ilə müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.
Oxşar xəbərlər
AMB: "Dollar satışında məhdudiyyətlərin mövcudluğu ilə bağlı xəbərlər reallığı əks etdirmir" - MÜSAHİBƏ [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Mərkəzi Bankı valyuta ehtiyatlarını 28 % artırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları 27 % artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Fitch": Azərbaycan bu il valyuta ehtiyatlarını 74 milyard dollara yaxınlaşdıracaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
AMB Bakıda daha bir valyuta mübadiləsi məntəqəsinə lisenziya verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?












