Azərbaycan Mərkəzi Bankı daha 2 sığorta şirkətinə icrası məcburi göstəriş verib
Azərbaycan Mərkəzi Bankı (AMB) "Atəşgah Sığorta" və "Atasığorta" ASC-lərə icrası məcburi göstəriş verib.
"Sizinxeber.az" bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, qurumun həyata keçirdiyi araşdırma və sığorta bazarının ümumi monitorinqi zamanı adı çəkilən şirkətlərin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığorta hadisələri tənzimləyərkən “Yol‐nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair Qayda”nın müvafiq bəndlərinə əməl etmədiyi üzə çıxıb. Müəyyən edilmiş nöqsan və çatışmazlıqlarla bağlı “Sığorta fəaliyyəti haqqında” qanunun 102.2.9-cu maddəsinə əsasən sığortaçılara icrası məcburi göstəriş verilib.
Xatırladaq ki, bundan əvvəl AMB "PAŞA Sığorta", "Qala Sığorta", "Azərbaycan Sənaye Sığorta", "Xalq Sığorta", "Bakı Sığorta" və "Meqa Sığorta" ASC-lərə eyni səbəbdən icrası məcburi göstəriş vermişdi.
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankı 3 sığorta şirkətinə icrası məcburi göstəriş verib
Mərkəzi Bank daha 2 sığorta şirkətinə icrası məcburi göstəriş verib
Mərkəzi Bank 3 sığorta şirkətinə icrası məcburi göstəriş verib
AMB "Xəmsə Sığorta və Təkrarsığorta Brokeri"nə icrası məcburi göstəriş verib
“Bakı Sığorta”nın lisenziyasının qüvvəsi məhdudlaşdırılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"












