Braziliya AAO-su Enerji Keçidlərinin Auditi Təlimatını Azərbaycana təqdim edib
sizinxeber.az xəbər saytı

Braziliya AAO-su Enerji Keçidlərinin Auditi Təlimatını Azərbaycana təqdim edib


Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədov ölkəmizdə səfərdə olan Ali Audit Orqanlarının Beynəlxalq Təşkilatına (INTOSAI) hazırda rəhbərlik edən Braziliya Ali Audit Orqanının (AAO) – Federal Hesablama Məhkəməsinin vitse-prezidenti Vital do Reqo Filhonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Sizinxeber.az-Economics” xəbər verir ki, görüş zamanı, ölkəmizdə bu günlərdə keçirilən COP29-un əhəmiyyətindən danışan sədr ali audit orqanları tərəfindən iqlim fəaliyyətinə yönələn diqqətin artırılmasının vacibliyini vurğulayıb və İqlim Skaneri təşəbbüsünə toxunub. O, bu kimi diaqnostik alətlərin gələcəkdə ətraf mühitlə bağlı məsələlərə müsbət töhfəsinin olacağına inandığını bildirib.

Çıxışında İqlim Skaneri təşəbbüsündən danışan Vital do Reqo Filho 141 ölkənin AAO-nun iştirakı ilə keçirilən qlobal ekoloji audit layihəsinin ilkin nəticələrinin COP29 çərçivəsində 14 noyabr tarixində keçiriləcək “Hökumətlər iqlim sahəsində fəaliyyətlərində hansı mərhələdədirlər? – İqlim Skaneri qiymətləndirməsinin nəticələri” adlı tədbirdə açıqlanacağını bir daha vurğulayıb. O, enerji keçidi məsələləri ilə bağlı hökumət tədbirlərinin monitorinqi və qiymətləndirilməsində digər AAO-lara dəstək olmaq üçün Braziliya AAO-su tərəfindən hazırlanmış Enerji Keçidlərinin Auditi Təlimatını Hesablama Palatasının sədrinə təqdim edib. Qeyd edib ki, İqlim Skaneri ilə yanaşı, bu təlimat ekoloji problemlərin həllində əhəmiyyətli rol oynayacaq.

Oxşar xəbərlər

Hesablama Palatası "İqlim Skaneri" üzrə qiymətləndirmələr aparıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
COP29-da 100-dən çox ölkədə aparılan iqlim fəaliyyətinin qiymətləndirilməsinin nəticələri açıqlanacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
INTOSAI-ın növbəti dövr üçün sədri COP29-da iştirak edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda COP29 çərçivəsində ClimateScanner layihəsinin nəticələri təqdim ediləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hesablama Palatasının "İqlim Skaneri" üzrə apardığı qiymətləndirmə yekunlaşıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər