"Bakı Fond Birjası"nın dövriyyəsi 3 dəfəyə yaxın artıb
Bu ilin yanvar-oktyabr aylarında "Bakı Fond Birjası" QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 50 milyard 333,701 milyon manat təşkil edib.
“Sizinxeber.az” BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 dəfə çoxdur.
Son 1 ildə bağlanmış əqdlərin sayı isə 6,2 dəfə artaraq 65 158 olub.
BFB-nin dövriyyəsinin 85,1 %-i, yaxud 42 milyard 832,968 milyon manatı repo əməliyyatlarının payına düşüb. Bu, illik müqayisədə 3,8 dəfə çoxdur.
Hesabat dövründə dövlət qiymətli kağızları üzrə əqdlərin dəyəri 19,4 % azalaraq 5 milyard 572,044 milyon manat, korporativ qiymətli kağızlar üzrə əqdlərin dəyəri isə 63 % artaraq 1 milyard 928,689 milyon manat olub.
Oxşar xəbərlər
"Bakı Fond Birjası"nın dövriyyəsi 2 dəfədən çox artıb
Bakıda ictimai iaşə dövriyyəsinin dəyəri 8 % artıb
Azərbaycanda ictimai iaşə dövriyyəsi 8 %-dən çox artıb
Bakıda ticarət dövriyyəsi 5 %-ə yaxın artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
-
DÇ-2026: Ekvador və Kurasaodan heç-heçə
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
