Oqtay Yaqubov: "2026-cı ildən Aİ-yə idxal olunan məhsullarda emissiyaların nəzərə alınması planlaşdırılır"
Avropa İttifaqının qəbul etdiyi iqlim siyasəti aləti olan CBAM (Carbon Border Adjustment Mechanism) ilkin mərhələdə elektrik, gübrə, dəmir-polad, alüminium, sement və hidrogen sahələrinə təsir edəcək.
“Report” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Siyasəti Baş İdarəsinin rəis müavini Oqtay Yaqubov “Yaşıl iqlim maliyyəsi və karbon qiymətqoyma siyasəti” mövzusunda seminarda deyib.
Onun sözlərinə görə, 2026-cı ildən etibarən CBAM-ın təsir dairəsinə daxil olan məhsulların idxalı üçün qeydiyyat və ödəniş öhdəliyi olacaq: "Bu məhsulların Aİ ölkələrinin ərazisinə idxalı zamanı karbon emissiyalarının nəzərə alınması planlaşdırılır. Uzunmüddətli perspektivdə isə CBAM-ın əhatə dairəsinin genişləndirilərək daha çox sektoru əhatə etməsi nəzərdə tutulur".
O. Yaqubov əlavə edib ki, idxalçılar üçün hesabatların təqdim edilməsi məcburidir və hesabat verilmədiyi və ya təhrif edilmiş formada təqdim edildiyi halda, yanlış təqdim edilən emissiya həcminin hər tonu üçün 10-50 avro arasında cərimə tətbiqi nəzərdə tutulur.
Hazırda CBAM, 1 oktyabr 2023-cü il - 31 yanvar 2026-cı illəri əhatə edən monitorinq və hesabat dövrü olan keçid mərhələsindədir.
Oxşar xəbərlər
Avropa Komissiyası: Karbon emissiyasının azaldılmasının yolu karbon qiymətqoymadan keçir
Samirə Musayeva: “Azərbaycanda karbon qiymətqoyma aləti tam aktiv işlədilmir”
Samirə Musayeva: "Sosial və iqlim hədəflərini əks etdirən vergi çərçivəsi yaratmalıyıq"
DVX rəisi: "Yaşıl iqtisadiyyat"ın stimullaşdırılmasında vergi siyasətinin rolu böyükdür
İqtisadiyyat naziri: "Karbon qiymətləndirilməsi biznesin inkişafına dövlət dəstəyini əhatə edəcək"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Buna görə milyonlarla insan işini itirə bilər - Putin
-
Bu şəxslərə pensiyanın 30 faizi qaytarıla bilər – Vacib açıqlama
-
Pensiyaya çıxmaq istəyən qadınlara mühüm XƏBƏR: Nələr dəyişir?
-
ABŞ Ebola şübhəsi olan vətəndaşları üçün Keniyada karantin mərkəzi yaradır
-
Finlandiya Ukrayna üzrə danışıqlar masasında Avropaya yer verməyə çağırıb
-
Amerikalı nazirdən İrana xəbərdarlıq: Vaşinqtonun səbri sonsuz deyil
