DVX rəisi: "Yaşıl iqtisadiyyat"ın stimullaşdırılmasında vergi siyasətinin rolu böyükdür
“Yaşıl iqtisadiyyat"ın stimullaşdırılmasında vergi siyasətinin rolu böyükdür.
“Sizinxeber.az-Economics” xəbər verir ki, bunu Dövlət Vergi Xidmətinin (DVX) rəisi Orxan Nəzərli DVX ilə Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (İOTA) birlikdə keçirdiyi Karbon Qiymətqoyma üzrə Beynəlxalq Forumda çıxışı zamanı deyib.
O qeyd edib ki, bunu nəzərə alaraq bərpa olunan enerji mənbələrinə sərmayə qoyuluşunun, istehsal sektorunda və ixrac olunan məhsullarda “karbon izi”nin azaldılmasına yönələn siyasətin vergi alətləri vasitəsilə dəstəklənməsi milli vergi sisteminin diqqət mərkəzindədir. Ətraf mühitin qorunması üçün bir çox tədbirlər həyata keçirilir və vergi alətləri də bu tədbirlərə fəal dəstək verir.
"Ökədə dayanıqlı iqtisadi inkişafın və iqlim əsaslı "yaşıl iqtisadiyyat"a keçidin təmin edilməsi yalnız vergiqoyma siyasəti və yaxud bizneslərin üzərinə əlavə vergiqoyma ilə deyil, həm də bərpa olunan enerji mənbələrindən istifadə və yaxud "yaşıl texnologiyalar"dan istifadənin vergilərlə təşviqi hesabına mümkündür", - deyə DVX rəisi əlavə edib.
Oxşar xəbərlər
Azərbaycanda “yaşıl” vergilər üzrə beynəlxalq təcrübə araşdırılır
Nazir: COP29-un qarşısında duran əsas təşəbbüslərdən biri İMFF-nin yaradılmasıdır
Gələn il mikro sahibkarlara vergi güzəştləri tətbiq ediləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq
