Samirə Musayeva: “Azərbaycanda karbon qiymətqoyma aləti tam aktiv işlədilmir”
sizinxeber.az xəbər saytı

Samirə Musayeva: “Azərbaycanda karbon qiymətqoyma aləti tam aktiv işlədilmir”


Azərbaycanda karbon qiymətqoyma aləti olsa da, onlar hələ tam aktiv olaraq işlədilmir.

"Sizinxeber.az" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva Xidmətin təşkilatçılığı ilə Bakıda keçirilən karbon qiymətləndirilməsi üzrə beynəlxalq konfransda bildirib.

Onun sözlərinə görə, bunu redizayn edərək ekoloji vergitutma ehtiyaclarına əsasən həm uyğunlaşdırma, həm də vergi yükü baxımından modifikasiya etməyə hazırıq: "Bu məsələlərdə qlobal çalışmalıyıq. Sahibkarlar, dövlət, QHT-lər və digərləri karbon qiymətqoymada simulyativ rol oynaya bilər. Bu, yaşıl iş yerlərinin yaradılmasına töhfə verə bilər."

O qeyd edib ki, biznes mühitinin yaradılması və vergiqoyma məsələləri vacibdir: "Bu əlavə müzakirələr üçün dəyərli mövzu olaraq qalır. Biz milli iqlim məqsədlərinə çatmaq üçün əlimizdən gələni edirik və etməyə davam edəcəyik".

Oxşar xəbərlər

ADB: Karbon qiymətqoyma iqlim dəyişikliyi ilə mübarizədə yetərli deyil
Bakıda karbon qiymətləndirilməsi üzrə beynəlxalq konfrans keçiriləcək
Vergi rəsmisi: "Dünyada karbon vahidlərinin 24 %-i karbon qiyməti ilə əhatə olunur"
Samirə Musayeva: "Yaşıl iqtisadiyyat"a keçid yalnız aqressiv vergiqoyma siyasəti ilə olmur"
İqtisadiyyat naziri: "Karbon qiymətləndirilməsi biznesin inkişafına dövlət dəstəyini əhatə edəcək"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər