Avropa Komissiyası: Karbon emissiyasının azaldılmasının yolu karbon qiymətqoymadan keçir
Karbon emissiyasının azaldılması ilə bağlı məqsədlərə çatmağın yolu karbon qiymətqoymadan keçir.
"Report" xəbər verir ki, bunu Avropa Komissiyasının Vergi və Gömrük İttifaqı üzrə Baş Direktorluğunun nümayəndəsi Cənab Xavier Vanden Boş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin təşkilatçılığı ilə Bakıda keçirilən karbon qiymətləndirilməsi üzrə beynəlxalq konfransda bildirib.
Onun sözlərinə görə, Avropa İttifaqı (Aİ) bununla bağlı bir sıra qanunlar və hüquqi sənədlər qəbul edib: “Aİ 2030-cu ilə qədər karbon emissiyasının 55 %-ə qədər azaldılması məqsədinə çatmağı planlaşdırır. Bizim bununla bağlı prioritet məsələlərimiz çoxdur. Hər bir məqsədə çatmağın yolu karbon qiymətqoymadan keçir”.
"Biz suya karbon sızması ilə bağlı da düşünməliyik. Bunun qarşısını almaq üçün Aİ effektiv iqlim strategiyası hazırlayıb. Bu sistemi tətbiq edib hansısa dəyişikliklərə açıq olmalıyıq ki, bütün məqsədlərimiz əlçatan olsun. Biz Karbon Sərhədinin Tənzimlənməsi Mexanizmi (CBAM) istifadəyə vermişik ki, bu sistem Aİ-nin 2050-ci ilə qədər iqlim neytralığı hədəfinə çatmağa yardım edir. CBAM gəlir əldə etmək üçün nəzərdə tutulmayıb", - deyə o qeyd edib.
Oxşar xəbərlər
ADB: Karbon qiymətqoyma iqlim dəyişikliyi ilə mübarizədə yetərli deyil
Vergi rəsmisi: "Dünyada karbon vahidlərinin 24 %-i karbon qiyməti ilə əhatə olunur"
Azərbaycanın dünyadakı karbon emissiyasındakı payı açıqlanıb
Bakıda karbon qiymətləndirilməsi üzrə beynəlxalq konfrans keçiriləcək
IOTA-nın icraçı katibi: "Karbon qiymətləndirilməsi mövzusu COP29-da diqqət mərkəzində olacaq"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













