Daha bir bank Ani Ödənişlər Sisteminə qoşulub
sizinxeber.az xəbər saytı

Daha bir bank Ani Ödənişlər Sisteminə qoşulub


Azərbaycan Mərkəzi Bank tərəfindən Ani Ödənişlər Sisteminin (AÖS) əhatə dairəsinin genişləndirilməsi və istifadəçilər üçün təqdim olunan rəqəmsal həllərin çeşidinin artırılması istiqamətində işlər davam etdirilir.

Bu barədə “APA-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, növbəti uğurlu inteqrasiya işləri nəticəsində “Ziraat Bank Azərbaycan” ASC-nin mobil və internet bankçılıq xidmətləri sırasına AÖS ilə köçürmə etmək imkanı əlavə edilmişdir. Bu funksionalın yaradılması nəticəsində “Ziraat Bank Azərbaycan” ASC-nin hüquqi və fiziki şəxs müştəriləri digər bankların AÖS-də qeydiyyatdan keçmiş istənilən müştərisinə mobil nömrə və ya digər sadələşdirilmiş identifikatorlar vasitəsilə asanlıqla, saniyələr ərzində köçürmə həyata keçirmək imkanına malik olmuşlar. Eyni zamanda, bu kanallar vasitəsilə hesabını AÖS-də qeydiyyatdan keçirən istifadəçilər “Ziraat Bank Azərbaycan” ASC-nin və digər bankların müştərilərindən mobil nömrə, şəxsiyyət vəsiqəsinin FİN kodu və ya digər sadələşdirilmiş identifikatorlar vasitəsilə köçürmələr qəbul edə biləcəklər.

Oxşar xəbərlər

“Birbank” Ani Ödənişlər Sisteminə qoşulub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ani Ödənişlər Sistemi ilə mobil tətbiqdən hesablara mədaxil imkanı yaradılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Ziraat Bank Azərbaycan”ın Müşahidə Şurasına yeni sədr təyin edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ziraat Bank Azərbaycan sayca 9-cu filialının açılışını edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ziraat Bank Azərbaycandan biznes sahiblərinə endirim kampaniyası! [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər