“Ziraat Bank Azərbaycan”ın Müşahidə Şurasına yeni sədr təyin edilib
sizinxeber.az xəbər saytı

“Ziraat Bank Azərbaycan”ın Müşahidə Şurasına yeni sədr təyin edilib


“Ziraat Bank Azərbaycan” ASC-nin Müşahidə Şurasına yeni sədr təyin edilib.

"Sizinxeber.az-Economics" xəbər verir ki, dövri yerdəyişmə planına əsasən, “Ziraat Bank Azərbaycan” ASC-nin Müşahidə Şurasına Hüseyn Özuysal sədr seçilib.

O, bu vəzifədə Himmet Aksoyu əvəzləyib.

Qeyd edək ki, Hüseyn Özuysal Türkiyədə Ziraat Bankasında 1994-cü ildən fəaliyyətə başlayıb. 2023-cü ilə kimi bankda müxtəlif vəzifələrdə çalışıb, o cümlədən menecmentdə təmsil olunub. 2023-cü ilin sentyabr ayından yeni vəzifəsinə qədər isə Bankın İnsan Resursları üzrə Baş Direktorun müavini vəzifəsində çalışıb.

Xatırladaq ki, “Ziraat Bank Azərbaycan” ASC, Türkiyə Respublikasına məxsus, 160 illik tarixə malik olan “Ziraat Maliyyə Qrupu”nun tərkib hissəsidir. Bank korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 8 filialı ilə yanaşı, rəqəmsal satış və xidmət platformaları üzərindən də müştərilərə təqdim edir.

Oxşar xəbərlər

Ziraat Bank Azərbaycanın Müşahidə şurasına yeni üzv təyin olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ziraat Bank Azərbaycan sayca 9-cu filialının açılışını edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Bank of Baku"nun Müşahidə Şurasına yeni təyinatlar olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Kapital Bank” səhmdarlarına dividend ödəyəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu il ən çox şikayət "Bank of Baku"dan olub - Renkinq [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər