Azərbaycanda əsas kapitala investisiyalarda illik 3 % artım proqnozlaşdırılır
sizinxeber.az xəbər saytı

Azərbaycanda əsas kapitala investisiyalarda illik 3 % artım proqnozlaşdırılır


Azərbaycanda ortamüddətli dövrdə əsas kapitala investisiyalarda illik 3 % artım proqnozlaşdırılır.

“Report” bu barədə Maliyyə Nazirliynin açıqladığı “2025-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama”ya istinadən xəbər verir.

Məlumata görə, 2025-ci ildən 2027-ci ilin sonuna qədər neft-qaz sektoruna kapital qoyuluşlarında, həmçinin daxili investisiyalarda artım gözlənilir.

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda əsas kapitala 11 milyard 216,9 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 % çox investisiya yönəldilib. Son 1 ildə neft-qaz sektoruna investisiyalar 2,4 % azalıb, qeyri neft-qaz sektoruna investisiyalar isə 3,9 % artıb.

İstifadə olunmuş investisiyanın 5 milyard 587 milyon manatı və yaxud 49,8 %-i məhsul istehsalı sahələrinə, 4 milyard 287,3 milyon manatı və yaxud 38,2 %-i xidmət sahələrinə, 1 milyard 342,6 milyon manatı və yaxud 12 %-i isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala yönəldilmiş investisiyaların 9 milyard 315,8 milyon manatını və yaxud 83,1 %-ni daxili investisiyalar təşkil edib, 8 milyard 90,5 milyon manatı və yaxud 72,1 %-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Oxşar xəbərlər

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 2 %-ə yaxın artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 2 % artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu il əsas kapitala 11.2 mlrd. manat investisiya yönəldilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Əsas kapitala yönəldilmiş investisiya 16%-ə qədər artıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yeddi ayda əsas kapitala 10 mlrd. manat vəsait yönəldilib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər