Yeddi ayda əsas kapitala 10 mlrd. manat vəsait yönəldilib
2024-cü ilin yanvar-iyul aylarında əsas kapitala 9 milyard 438,7 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2% çox investisiya yönəldililib.
Bu barədə "APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Qeyd edilib ki, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 0,4 %, qeyri neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi isə 2,9% artıb. İstifadə olunmuş investisiyanın 4914,8 milyon manatı və ya 52,1 faizi məhsul istehsalı sahələrinə, 3404,4 milyon manatı (36,1 faizi) xidmət sahələrinə, 1119,5 milyon manatı (11,8 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş investisiyaların 7728,6 milyon manatını və ya 81,9 faizini daxili investisiyalar təşkil edib. Əsas kapitala yönəldilmiş investisiyaların 6632,7 milyon manatı və ya 70,3 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
Oxşar xəbərlər
Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 2 % artıb
Naxçıvan iqtisadiyyatına investisiya qoyuluşu 20 % azalıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
