Bu il əsas kapitala 11.2 mlrd. manat investisiya yönəldilib
sizinxeber.az xəbər saytı

Bu il əsas kapitala 11.2 mlrd. manat investisiya yönəldilib


2024-cü ilin yanvar-avqust aylarında əsas kapitala 11 milyard 216,9 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,7% çox investisiya yönəldilib.

Bu barədə “Sizinxeber.az-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Qeyd edilib ki, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 2,4 faiz azalmış, qeyri neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi isə 3,9% artıb. İstifadə olunmuş investisiyanın 5587 milyon manatı və ya 49,8%-i məhsul istehsalı sahələrinə, 4287,3 milyon manatı (38,2 faizi) xidmət sahələrinə, 1342,6 milyon manatı (12%-i) isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur. Əsas kapitala yönəldilmiş investisiyaların 9315,8 milyon manatını və ya 83,1%-ni daxili investisiyalar təşkil etmişdir. Əsas kapitala yönəldilmiş investisiyaların 8090,5 milyon manatı və ya 72,1%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Oxşar xəbərlər

Yeddi ayda əsas kapitala 10 mlrd. manat vəsait yönəldilib
Yeddi ayda əsas kapitala 10 mlrd. manata yaxın vəsait yönəldilib
Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 2 % artıb
Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 2 %-ə yaxın artıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər