ADB prezidenti Bakıda keçiriləcək COP29-da dünya liderlərinə qoşulacaq
Asiya İnkişaf Bankının (ADB) prezidenti Masatsuqu Asakava bu ilin noyabrında Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirakını təsdiqləyib.
Bu barədə “Report”a hökumətdəki mənbələr bildirib.
M.Asakava COP29 çərçivəsində noyabrın 12-13-də baş tutacaq Dünya Liderlərinin İqlim Fəaliyyəti üzrə Sammitində iştirak edəcək.
ADB qlobal tədbirə hazırlıqla məşğul olan dövlət qurumlarının potensialını gücləndirilməsinə yardım göstərməklə COP29-un təşkilində Azərbaycana dəstək verir. Bundan əlavə, Bank ölkədə iqlim layihələrinin həyata keçirilməsində, eləcə də ümumi istehsalda bərpa olunan enerji mənbələrinin payının artırılmasında öz təcrübəsini, maliyyə resurslarını və dəstəyini təmin etməyə hazırdır.
Xatırladaq ki, bu ilin iyun ayında Azərbaycan və ADB arasında tərəfdaşlığın 25 illiyi münasibətilə M.Asakava Bakıda səfərdə olub. Azərbaycan 1999-cu ildə banka qoşulandan bəri ADB nəqliyyat, enerji, səhiyyə və kənd təsərrüfatı sahələrində layihələrə 5 milyard ABŞ dollarından çox vəsait ayırıb.
Asiya İnkişaf Bankı 1966-cı ildə təsis edilib, onun səhmdarları 68 ölkədir, onlardan 49-u Asiya-Sakit okean regionunda yerləşir.
Oxşar xəbərlər
FAO rəsmisi: “COP29 Azərbaycana təcrübələrini ortaya qoymağa imkan verəcək”
COP29 Təşkilat Komitəsinin sədri: “Ev Sahibi Ölkə” Sazişinin yekun mətni tam razılaşdırılıb
Azərbaycan və ABŞ rəsmiləri COP29-la bağlı müzakirələr aparıb
Özbəkistan Prezidenti: COP29-da iştiraka ciddi hazırlaşırıq
Cahit Bağçı: “COP29 sessiyası Azərbaycan üçün olduqca önəmlidir”
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













