Özbəkistan Prezidenti: COP29-da iştiraka ciddi hazırlaşırıq
Özbəkistan bu il Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştiraka ciddi hazırlaşır.
"Sizinxeber.az" xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın birinci iclasında çıxışı zamanı deyib.
Özbəkistan dövlət başçısı vurğulayıb ki, bu il Azərbaycan dünyada ən böyük beynəlxalq tədbirlərdən biri olan COP29 qlobal iqlim sammitinə ev sahibliyi edəcək: “Geniş regionumuzda ilk dəfədir ki, belə sammit keçirilir. Bu da Azərbaycanın xarici siyasət kursunun effektivliyinin tanınmasını bir daha təsdiqləyir. Özbəkistan da COP29-da iştiraka ciddi hazırlaşır. Uğurlar arzulayıram. Biz həmişə yanınızda olacağıq”.
Oxşar xəbərlər
Şavkat Mirziyoyev: Özbəkistan çox ciddi şəkildə COP29-a hazırlaşır
Mirziyoyev: Bakı və Daşkənd qarşısında sənaye əməkdaşlığının yeni mərhələsinə keçmək vəzifəsi durur
Daşkənddə Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın birinci iclası keçirilib - YENİLƏNİB
Azərbaycanla Özbəkistan arasında 11 sənəd imzalanıb
Özbəkistan Prezidenti: Qarabağ gözümüzün qarşısında dirçəlir və çiçəklənən diyara çevrilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













