Bakıda İslam İnkişaf Bankı Qrupunun toplantılarına hazırlıq müzakirə olunub
sizinxeber.az xəbər saytı

Bakıda İslam İnkişaf Bankı Qrupunun toplantılarına hazırlıq müzakirə olunub


İqtisadiyyat Nazirliyində 16-19 iyunda Bakıda keçiriləcək İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantılarına hazırlıq məqsədilə məlumat sessiyası təşkil edilib.

"Sizinxeber.az" bu barədə nazirliyə istinadən xəbər verir.

Bildirilib ki, tədbirdə Qrupa üzv ölkələrin ölkəmizdəki diplomatik nümayəndəliklərinin təmsilçiləri iştirak edib.

İqtisadiyyat nazirinin müşaviri Əsgər Ələkbərov, Xarici İşlər Nazirliyinin İqtisadi əməkdaşlıq idarəsinin müşaviri Sabir Rzayev İllik Toplantıların strukturu, iştirak qaydaları, qeydiyyat prosedurları ilə bağlı məlumat veriblər. Bildirilib ki, builki toplantılar "Davamlı rifah üçün regional inteqrasiya" mövzusuna həsr olunub. Qeyd edilib ki, mövzu artan regional və qlobal əməkdaşlıq çağırışlarını əks etdirir, Azərbaycanın regional bağlantılar və əməkdaşlıq platformalarında oynadığı strateji rolu vurğulayır.

Ölkəmizin 2010-cu ildən sonra 2-ci dəfə bu nüfuzlu tədbirə ev sahibliyi etməsinin əhəmiyyəti diqqətə çatdırılıb. 2026-cı il İllik Toplantılarının üzv ölkələr arasında yeni tərəfdaşlıq imkanlarının genişləndirilməsi baxımından mühüm platforma olduğu qeyd olunub. Bildirilib ki, İllik Toplantılar çərçivəsində sessiyalarla yanaşı, açılış mərasimi, Müdirlər Şurasının iclasları, özəl sektor forumu, gənclər forumu və digər tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Tədbir iştirakçıları Azərbaycanın Qrupla mövcud əməkdaşlığı və perspektiv layihələr barədə məlumatlandırılıb.

Oxşar xəbərlər

Mikayıl Cabbarov İslam İnkişaf Bankı Qrupunun Müdirlər Şurasının sədri təyin olunub
Mikayıl Cabbarov İslam İnkişaf Bankına üzv ölkələr üzrə müdirlərin görüşündə iştirak edib
Azərbaycan Ərəb Koordinasiya Qrupu ilə əməkdaşlığı müzakirə edib
İB Qrupunun Azərbaycanda keçiriləcək İllik Toplantısı üçün Anlaşma Memorandumu imzalanıb
Ceyhun Bayramov pakistanlı həmkarı ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığı müzakirə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər