Asiya İnfrastruktur İnvestisiya Bankı Bakı metrosuna kredit verməyə hazırlaşır
sizinxeber.az xəbər saytı

Asiya İnfrastruktur İnvestisiya Bankı Bakı metrosuna kredit verməyə hazırlaşır


Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) "Bakı Metropoliteni" QSC-yə kredit ayırmağı nəzərdə tutur.

"Sizinxeber.az" bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Məlumata görə, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”na uyğun olaraq, metronun genişləndirilməsi istiqamətində tədbirlər planının icrasına başlanılır. Layihələrin birinci mərhələsi çərçivəsində “Dərnəgül” və “Xocəsən” elektrik depolarının inşasının tamamlanması xüsusi əhəmiyyət kəsb edir. Tədbirlərin icrasına texniki yardım ayrılması və dəstək verilməsi məqsədilə AİİB-in kredit ayırması nəzərdə tutulub. Ayrılacaq vəsaitin bir hissəsi malların satın alınmasına, görüləcək işlərə və bir sıra xidmətlərə sərf ediləcək. Qanunvericiliyin tələbinə uyğun olaraq, bununla əlaqədar beynəlxalq açıq tender üsulu ilə qalib müəyyən ediləcək və müvafiq müqavilə imzalanacaq.

Malların alınmasında, işlərin icrasında və xidmətlərin təqdim edilməsində maraqlı tərəflər, həmçinin əlavə məlumat əldə etmək istəyənlər “Bakı Metropoliteni”-nin internet səhifəsində dərc edilmiş elanla (https://metro.gov.az/az/procurement/4424/baki-metropoliteninin-genislenmesi-layihesi-i-merhele) ətraflı tanış ola və əlaqə saxlaya bilərlər.

Oxşar xəbərlər

Asiya İnfrastruktur İnvestisiya Bankı yeni prezidentin seçilmə tarixini açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakı və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair Dövlət Proqramı təsdiqlənib [xfgiven_updateblue][/xfgiven_updateblue]
2030-cu ilədək ADY 20 ədəd sərnişin qatarı alacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda səkilərin zəbt edilməsinə qarşı zəruri tədbirlər görüləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
H.Z.Tağıyev−Salyan avtomagistralı tikiləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər