Asiya İnfrastruktur İnvestisiya Bankı  “Bakı Metropoliteni”nə kredit verəcək
sizinxeber.az xəbər saytı

Asiya İnfrastruktur İnvestisiya Bankı “Bakı Metropoliteni”nə kredit verəcək


Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”na uyğun olaraq, Bakı metropoliteninin genişləndirilməsi istiqamətində tədbirlər planının icrasına başlanılır. Layihələrin birinci mərhələsi çərçivəsində “Dərnəgül” və “Xocəsən” elektrik depolarının inşasının tamamlanması xüsusi əhəmiyyət kəsb edir. Tədbirlərin icrasına texniki yardım ayrılması və dəstək verilməsi məqsədilə Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) tərəfindən kredit ayrılması nəzərdə tutulub.

Sizinxeber.az-Economics” xəbər verir ki, ayrılacaq kredit vəsaitlərinin bir hissəsi malların satın alınmasına, görüləcək işlərə və bir sıra xidmətlərə sərf ediləcək. Qanunvericiliyin tələbinə uyğun olaraq, bununla əlaqədar beynəlxalq açıq tender üsulu ilə qalib müəyyən ediləcək və müvafiq müqavilə imzalanacaq.

Malların alınmasında, işlərin icrasında və xidmətlərin təqdim edilməsində maraqlı tərəflər, həmçinin əlavə məlumat əldə etmək istəyənlər “Bakı Metropoliteni” QSC-nin rəsmi internet saytında dərc edilmiş elanla (https://metro.gov.az/az/procurement/4424/baki-metropoliteninin-genislenmesi-layihesi-i-merhele) ətraflı tanış ola və əlaqə saxlaya bilərlər.

Oxşar xəbərlər

Asiya İnfrastruktur İnvestisiya Bankı Bakı metrosuna kredit verməyə hazırlaşır
“28 May” stansiyasında Yaşıl və Qırmızı xətlər ayrılacaq
"Bakı Metropoliteni"nə 299 yeni vaqon alınacaq
Fərdi mobil nəqliyyat vasitələrindən istifadənin genişləndirilməsi üzrə tədbirlər planı hazırlanacaq
Bakıda yolun səki hissələrinin zəbt edilməsi hallarının qarşısı alınacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər