Elmar Mirsalayev: "Bu il Azərbaycanda sığorta haqları 1,4 milyard manatı ötə bilər"
Bu ilin yekununda Azərbaycanda sığorta haqları 1,4 milyard manatı ötə bilər,
Bunu “Sizinxeber.az”a açıqlamasında "Azərbaycan Sığortaçılar Assosiasiyası" İctimai Birliyinin icraçı direktoru Elmar Mirsalayev bildirib.
"İlin əvvəlində biz sığorta haqlarının həcmi üzrə 1,4 milyard manatlıq həddi keçməyi hədəflədiyimizi elan etmişik. İlin sonuna qədər cari tempi qorumaq mümkün olsa, bu məqsədə çatacağıq. Sığorta bazarı hər il müxtəlif istiqamətlərdə gözlənilməz çağırışlarla üzləşsə də, biz davamlı artım dinamikasını qorumağı müvəffəq oluruq. Biz həmçinin bazarda illik ən azı 10 % artıma nail olmaq üçün sığorta sektorunun inkişafına yönəlmiş tədbirlər həyata keçiririk", - E.Mirsalayev qeyd edib.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bu ilin yanvar-iyun aylarında bazarda fəaliyyət göstərən 16 sığorta şirkəti 817,048 milyon manat məbləğində sığorta haqqı toplayıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12,7 % çoxdur.
Qeyd olunan dövrdə sığorta ödənişlərinin həcmi 432,198 milyon manat təşkil edib ki, bu da ötən ilin göstəricisini 21,4 % üstələyir.
2024-cü ildə Azərbaycanın sığorta bazarı üzrə ümumi yığımlar 1 milyard 353 milyon 185,4 min manat təşkil edib, bu isə 2023-cü ilin göstəricisindən 10,7 % çoxdur.
Ötən il toplanmış sığorta haqlarının ÜDM-ə nisbəti 1,1 % (2023-cü ilin yekunları üzrə 1 %) təşkil edib.
Oxşar xəbərlər
Azərbaycanda sığorta şirkətləri hava şəraitindən zərər görənlərə 4 milyon manatdan çox ödəniş edib
ASA: Bu il sığorta bazarı 10 %-dən çox böyüyəcək
Azərbaycanın sığorta bazarı 10 %-dən çox böyüyüb
Azərbaycanda təkrarsığorta haqları 10 % azalıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
AZAL: Yeni “Airbus A321neo” istənilən istiqamətdə təhlükəsiz istismar oluna bilər - VİDEO
-
Azərbaycanda bəzi bankların kart əməliyyatlarında texniki problem yaşanır
-
ABB bəzi kart əməliyyatları ilə bağlı texniki problem yarandığını açıqlayıb
-
DÇ-2026: Mərakeş - Haiti qarşılaşmasında ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
DÇ-2026: Son tura start verilir
