Azərbaycanda təkrarsığorta haqları 10 % azalıb
Bu ilin I yarısında Azərbaycanda təkrarsığorta haqları ötən ilin eyni dövrünə nisbətdə 10 % və yaxud 6 milyon manat azalaraq 57 milyon manat təşkil edib.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) "2024-cü ilin I yarısı üzrə Maliyyə sabitliyi hesabatı"nda bildirilir.
Sənədə əsasən, yanvar-iyun aylarında təkrarsığorta haqlarının sığorta haqlarında payı 8 % təşkil edib.
Təkrarsığorta haqlarının 5 %-i və yaxud 3 milyon manatı həyat sığortasının, 95 %-i isə və yaxud 54 milyon manatı qeyri-həyat sığortasının payına düşür. Həyat sığortası üzrə təkrarsığorta haqları bu seqmentdə yığılmış sığorta haqlarının 1 %-ni, qeyri-həyat sığorta sahəsi üzrə təkrarsığorta haqları isə bu seqmentdə yığılmış sığorta haqlarının 17 %-ni təşkil edir.
Oxşar xəbərlər
Azərbaycanın sığorta sektorunun aktivləri 2 milyard manata yaxınlaşıb
Naxçıvanda icbari tibbi sığorta daxilolmaları 17 % artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
