Azərbaycanda sığorta şirkətləri hava şəraitindən zərər görənlərə 4 milyon manatdan çox ödəniş edib
Bu ilin fevral və mart aylarında Azərbaycanda sığorta şirkətləri əlverişsiz hava nəticəsində ziyan çəkənlərə 4 milyon manatdan çox sığorta ödənişi həyata keçirib.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasının icraçı direktoru Elmar Mirsalayev “ASAN Radio”nun “Həyat Sığortası ilə rahatdır” verilişində məlumat verib.
“Təkcə bu ilin fevral və mart aylarında yağan güclü qar nəticəsində sığorta şirkətlərinə 5 mindən çox müraciət daxil olub. Bu müraciətlər üzrə ümumi sığorta ödənişlərinin məbləği 4 milyon manatı ötüb. Nəticədə minlərlə ailə ciddi maddi itkilərdən sığortanın hesabına qorunub”, - deyə E. Mirsalayev bildirib.
O, həmçinin qeyd edib ki, sığortası olmayan şəxslər zərərləri öz hesablarına ödəmək məcburiyyətində qalıblar ki, bu da onların maliyyə vəziyyətinə ciddi təsir edib.
“Oxşar vəziyyət ötən ilin payızında da müşahidə olunub. Güclü yağışlar nəticəsində xeyli ziyan dəyib və yalnız sığortası olan vətəndaşlar kompensasiya alıblar. Bu, sığorta təminatının vacibliyini bir daha sübut edir”, - deyə Assosiasiya rəhbəri vurğulayıb.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, 2025-ci ilin yanvar-fevral aylarında ölkədə fəaliyyət göstərən 16 sığorta şirkəti 281,2 milyon manat sığorta haqqı toplayıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 17,3 % çoxdur. Bu müddətdə sığorta ödənişləri isə 11,45 % artaraq 108,6 milyon manata çatıb.
Oxşar xəbərlər
Aqrar Sığorta Fondu 9 aylıq nəticələri açıqlayıb
Aqrar Sığorta Fondunun ödənişləri 10 milyon manatı ötüb
ASA: Qarlı havada baş vermiş sığorta hadisələrinə görə 3 milyon manata yaxın ödəniş veriləcək
Aqrar Sığorta Fondu 11 aylıq nəticələri açıqlayıb
Aqrar Sığorta Fondu 10 aylıq nəticələri açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”
-
Bu ölkənin viza qiyməti artdı












