Azərbaycanla ABŞ arasında kritik minerallar sazişi...
Azərbaycan və ABŞ arasında kritik minerallar sahəsində əməkdaşlığa dair çərçivə sazişinin imzalanması iqtisadi münasibətlərdə yeni mərhələnin əsasını qoyur.
Sizinxeber.Az xəbər verir ki, bu fikirləri iqtisadiyyat naziri Mikayıl Cabbarov 1-ci Azərbaycan-ABŞ iqtisadi dialoquna həsr olunmuş mətbuat konfransında səsləndirib.
Nazir qeyd edib ki, sənəd “Bakı Enerji Həftəsi” çərçivəsində Prezident İlham Əliyevin iştirakı ilə imzalanıb.
“Ötən gün Prezident İlham Əliyevin iştirakı ilə kritik minerallar sahəsində əməkdaşlığa dair çərçivə sazişi imzaladıq. Bu, ABŞ və Azərbaycan tərəfdən bu prosesə töhfə vermiş həmkarlarımıza təşəkkür etmək üçün daha bir fürsətdir”, – deyə M.Cabbarov bildirib.
Onun sözlərinə görə, saziş iqtisadi əməkdaşlıqda yeni səhifə açır və müasir iqtisadiyyat üçün mühüm əhəmiyyət daşıyan sahənin inkişafına xidmət edəcək.
“İqtisadi əməkdaşlığımızda yeni fəsil açılır. Bu əməkdaşlıq yalnız ümidverici deyil, həm də müasir iqtisadiyyatın ehtiyacları və məhsuldarlığı baxımından mühüm əhəmiyyət daşıyır”, – deyə nazir vurğulayıb.
M.Cabbarov ABŞ-nin özəl sektor nümayəndələri ilə əməkdaşlıqda maraqlı olduqlarını da diqqətə çatdırıb.
“Biz bu sahədə ixtisaslaşmış ABŞ şirkətləri ilə əməkdaşlığı səbirsizliklə gözləyirik, onların bilik və təcrübəsindən, həmçinin Tramp administrasiyasının baxışı nəticəsində formalaşdırılmış imkanlardan yararlanmağa hazırıq”, – deyə iqtisadiyyat naziri bildirib.
Oxşar xəbərlər
Mikayıl Cabbarov: "Azərbaycan-ABŞ əməkdaşlığında kritik minerallar sahəsində güclü potensial var"
Bakıda birinci Azərbaycan-ABŞ İqtisadi Dialoqu keçirilib
Mikayıl Cabbarov: "ABŞ ilə imzaladığımız protokol konstruktiv dialoqu davam etdirməyə töhfə verəcək"
Mikayıl Cabbarov: "BƏƏ ilə Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi üzrə fəal danışıqlar aparılır"
Bakıda birinci Azərbaycan-ABŞ İqtisadi Dialoqu keçirilib, protokol imzalanıb - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Konqo Demokratik Respublikasında Ebolaya yoluxanların sayı 321-ə çatıb
-
Azərbaycanın minifutbol millisi Avropa çempionatının 1/4 finalında bu gün Çexiya ilə qarşılaşacaq
-
"Azərkosmos"un ixrac gəlirləri 55 %-dən çox artıb
-
TotalEnergies: “Abşeron”da əlavə quyuların qazılması imkanlarını qiymətləndiririk
-
“Marsel” avrokuboklardan kənarlaşdırıla bilər
-
Qordon Birrel: "AÇG blokunda sərbəst təbii qaz ehtiyatları iki zonada aşkarlanıb"
