Sabah Bakıya yağış yağacaq
Sabah Azərbaycanda hava necə olacaq?
Mayın 30-da gözlənilən hava proqnozu açıqlanıb.
Bakıda və Abşeron yarımadasında hava necə olacaq?
Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Yarımadanın bəzi yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Güclü şimal-qərb küləyi gündüz tədricən mülayimləşəcək.
Havanın temperaturu gecə 14-16° isti, gündüz 18-21° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % təşkil edəcək.
Azərbaycanın rayonlarında hava necə olacaq?
Azərbaycanın rayonlarında bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı, yağıntının bir qədər güclənəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 13-16° isti, gündüz 20-25° isti, dağlarda gecə 7-12° isti, gündüz 12-17°, bəzi yerlərdə 20-23° isti olacaq.
Oxşar xəbərlər
Sabah Azərbaycanda 24 dərəcə isti olacaq
Sabah hava dəyişkən buludlu olacaq
Sabah Bakıda 30, rayonlarda 33 dərəcə isti olacaq
Sabah 27 dərəcə isti olacaq
Sabah yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Buna görə milyonlarla insan işini itirə bilər - Putin
-
Bu şəxslərə pensiyanın 30 faizi qaytarıla bilər – Vacib açıqlama
-
Pensiyaya çıxmaq istəyən qadınlara mühüm XƏBƏR: Nələr dəyişir?
-
ABŞ Ebola şübhəsi olan vətəndaşları üçün Keniyada karantin mərkəzi yaradır
-
Finlandiya Ukrayna üzrə danışıqlar masasında Avropaya yer verməyə çağırıb
-
Amerikalı nazirdən İrana xəbərdarlıq: Vaşinqtonun səbri sonsuz deyil
