Mikayıl Cabbarov: "BƏƏ ilə Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi üzrə fəal danışıqlar aparılır"
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında "Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi" üzrə fəal danışıqlar aparılır.
“Sizinxeber.az” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov BƏƏ-nin Milli Gününə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.
“Bu sənədin imzalanması iqtisadi və ticarət əlaqələrimizin inkişafına əhəmiyyətli töhfə verəcək, xüsusilə ticarətin liberallaşdırılması, sərmayə axınlarının intensivləşməsi, həmçinin mal və xidmətlər üçün bazara çıxış imkanlarının artırılması yolu ilə əməkdaşlığı daha da dərinləşdirəcəkdir”, - nazir qeyd edib.
M. Cabbarov xatırladıb ki, bu ilin yanvar ayında BƏƏ-nin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın Azərbaycana səfəri çərçivəsində bir sıra mühüm sənədlər, o cümlədən “Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb: “Qeyd etməliyəm ki, imzalanmış sənəd ikitərəfli münasibətlərin strateji əhəmiyyətini daha da artırır”.
Onun sözlərinə görə, 2023-cü ilin dekabr ayında Azərbaycan İnvestisiya Holdinqi və Əbu-Dabi İnkişaf Holdinq Şirkəti arasında Birgə sərmayə çərçivə razılaşmasına əsasən iki ölkə arasında 1 milyard ABŞ dollarlıq maliyyə imkanı olan Birgə İnvestisiya Fondu yaradılıb.
“Məqsədimiz ölkələrarası əməkdaşlığın genişləndirilməsi, xüsusilə birgə texnologiyaların mübadiləsinə istiqamətlənən layihələrin reallaşdırılmasıdır”, - M. Cabbarov vurğulayıb.
Nazir əlavə edib ki, Hökumətlərarası Komissiya əməkdaşlıq üçün mühüm platformadır və ikitərəfli əlaqələrin genişləndirilməsində əhəmiyyətli rol oynayır: “Bu ilin avqust ayında tarixi şəhərimiz Şuşada Komissiyanın 9-cu iclasının uğurla keçirilməsi birgə səylərimizin bariz nümunəsidir. Ölkələrimiz arasındakı əməkdaşlığı daha da gücləndirməyə sadiqik və bu ortaq məqsədə nail olmaq üçün müştərək fəaliyyətimizi davam etdirəcəyik”.
Oxşar xəbərlər
Azərbaycan BƏƏ ilə "yaşıl enerji” üzrə investisiya layihələrini müzakirə edib
Mikayıl Cabbarov: "2011-2023-cü illərdə orta illik iqtisadi artım 1,5 % olub"
Mikayıl Cabbarov III "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb
Azərbaycan BƏƏ ilə iqtisadi-ticarət sahəsində tərəfdaşlığın inkişaf istiqamətlərini müzakirə edib
Bişkekdə Rəqəmsal İqtisadiyyat üzrə Tərəfdaşlıq Sazişi imzalanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehriban Əliyeva 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə bağlı paylaşım edib
-
Şəhid Abbasəli Nəzərəliyevin xanımı: "İndi biz onun arzuladığı azad Azərbaycanda yaşayırıq"
-
Şoltz Maskı Avropada sağçı partiyaları dəstəklədiyinə görə tənqid edib
-
Qanlı 20 Yanvar faciəsindən 35 il ötür
-
“Reuters” Avropada yeni iqtisadi böhran təhlükəsi barədə xəbərdarlıq edib
-
20 Yanvar faciəsinin 35 illik naməlum qəhrəmanları - FOTO