Keniya Prezidenti: "Bir kəmər, bir yol" çərçivəsində Çinin mühüm tərəfdaşı ola bilərik”
sizinxeber.az xəbər saytı

Keniya Prezidenti: "Bir kəmər, bir yol" çərçivəsində Çinin mühüm tərəfdaşı ola bilərik”


Keniya "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində Çinin mühüm tərəfdaşı ola bilər.

“Sizinxeber.az” xəbər verir ki, bunu “Xinhua” agentliyinə Pekində dövlət səfərində olan Keniya Prezidenti Uilyam Ruto bildirib.

Onun səfəri aprelin 26-dək davam edəcək.

"Keniyada "Bir kəmər, bir yol" çərçivəsində Nayrobi sürət magistralı və Mombasa-Nayrobi standart dəmir yolu kimi əməkdaşlıq layihələri Çinlə tərəfdaşlığın həyat qabiliyyətli və qarşılıqlı faydalı olduğunu göstərir ki, bu da Keniyanın nəqliyyat bağlantısını genişləndirib və Şərqi Afrikada regional inteqrasiyaya kömək edib", - U.Ruto bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında danışıqlar 60 illik tərəfdaşlığın dərinləşdirilməsinə yönəldiləcək.

Prezident həmçinin qeyd edib ki, Keniya "yaşıl iqtisadiyyat"a keçidi sürətləndirmək üçün Çinlə əməkdaşlığı genişləndirməyi planlaşdırır. Günəş panelləri və elektrikli avtomobil istehsalında dünya lideri olan Çin əməkdaşlıq üçün əvəzsiz imkanlar təqdim edir, belə ki, Keniya bərpa olunan enerji mənbələri ilə zəngindir.

Bundan başqa, Keniya istehsal, kənd təsərrüfatı, nəqliyyat və enerji kimi mühüm sektorlarda Çinlə əməkdaşlığın inkişafında maraqlıdır.

Oxşar xəbərlər

Keniya Prezidenti bir sıra nazirləri təyin edib
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb
Keniya Antidopinq Agentliyi fəaliyyətini dayandırıb
Keniya su təchizatı infrastrukturunun inkişafı üçün Azərbaycanın təcrübəsindən istifadə etmək istəyir
Müvəqqəti işlər vəkili: "Çin-Azərbaycan iqtisadi göstəriciləri rekord həddə çatıb"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər