Horadizə gedən dəmiryol xəttində işlərin başa çatacağı vaxt açıqlanıb
sizinxeber.az xəbər saytı

Horadizə gedən dəmiryol xəttində işlərin başa çatacağı vaxt açıqlanıb


Osmanlı-İmişli-Horadiz dəmir yolu xəttində işlərin 2028-ci ildə başa çatacağı planlaşdırılır.

“Sizinxeber.az” xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədrinin müşaviri, Tikinti layihələrinin idarə olunması departamentinin rəisi Tural Abbaslı “Nəqliyyat İnfrastrukturunun inkişafına dair sual və təkliflərin müzakirəsi” mövzusunda keçirilən “Milli Biznesin İnkişafı Forumunun ilk sessiyası”nda bildirib.

"Osmanlı-İmişli-Horadiz dəmir yolu xəttinin Osmanlı-İmişli hissəsində layihələndirmə davam etdirilir. Prosesin başa çatdırılması Zəngəzur dəhlizinin funksionallığının tam təmin olunmasına, yüklərin həcminin artmasına və hərəkətin təhlükəsiz, sürətli və fasiləsiz təşkilinə şərait yaradacaqdır. Yenidənqurma layihəsinin 2028-ci ildə tamamlanması nəzərdə tutulur", - o vurğulayıb.

Bundan başqa, ADY rəsmisinin sözlərinə görə, Yevlax-Bərdə dəmir yolu xəttinin və rabitə işarəvermə sisteminin layihələndirilməsi üçün işlər davam edir: "Yolun yenidən qurulması Yevlax-Ağdam dəmir yolu xəttinin funksionallığının təmin olunmasına xidmət edəcək. Layihənin 2027-ci ildə tamamlanması nəzərdə tutulur".

Oxşar xəbərlər

Yevlax–Bərdə dəmir yolunun tikintisinin başa çatma müddəti açıqlanıb
Ağdam-Xankəndi dəmir yolu xətti ilə bağlı layihələndirmə işlərinə başlanılıb
Horadiz-Ağbənd dəmir yolu xəttinin tikintisi üzrə işlərin 60 %-i tamamlanıb
ADY: Ələt-Osmanlı-Astara dəmiryol xəttinin yenidən qurulması 2027-ci ilədək tamamlanacaq
Horadiz-Ağbənd dəmir yolu xəttində bu il ərzində görüləcək işlər açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər