Ağdam-Xankəndi dəmir yolu xətti ilə bağlı layihələndirmə işlərinə başlanılıb
Ağdam-Xankəndi dəmir yolu xətti ilə bağlı layihələndirmə işlərinə başlanılıb.
“Sizinxeber.az” xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədrinin müşaviri, Tikinti layihələrinin idarə olunması departamentinin rəisi Tural Abbaslı “Nəqliyyat İnfrastrukturunun inkişafına dair sual və təkliflərin müzakirəsi” mövzusunda keçirilən “Milli Biznesin İnkişafı Forumunun ilk sessiyası”nda bildirib.
"Bu il bu dəmir yolunda tikinti işlərinə start vermək niyyətindəyik. Artıq podratçı şirkət seçilib. Mobilizasiya işləri davam etdirilir. Ağdamdan Xankəndiyə qədər dəmir yolu xəttinin 27-28 kilometr olacağı gözlənilir", - o vurğulayıb.
Onun sözlərinə görə, Bərdə-Ağdam dəmir yolu xəttinin Əsgəran rayonuna qədər uzadılması planlaşdırılır: "Bu layihə ilə bağlı tikinti işlərinin 2026-cı ilə başa çatması planlaşdırılır. Bərdə-Ağdam dəmir yolu xətti ilə bağlı tikinti işlərinin gələn il başa çatacağı gözlənilir".
Oxşar xəbərlər
Bərdə–Ağdam dəmir yolu xətti üzrə aparılan işlərin həcmi açıqlanıb
Horadiz-Ağbənd dəmir yolu xəttinin tikintisi üzrə işlərin 60 %-i tamamlanıb
Ələt-Astara dəmir yolu xəttinin tikintisi 2027-ci ilə qədər tamamlanacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
Süni intellekt yaxın aylarda istənilən müdafiəni sındıra biləcək
-
Türkiyənin iki vilayətində naməlum pilotsuz uçuş aparatları aşkarlanıb
