Yevlax–Bərdə dəmir yolunun tikintisinin başa çatma müddəti açıqlanıb
Yevlax–Bərdə dəmir yolu xəttinin və rabitə-siqnalizasiya sisteminin layihələndirilməsinin 2027-ci ildə başa çatdırılması planlaşdırılır.
“Report” xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC sədrinin müşaviri, Tikinti layihələrinin idarə edilməsi departamentinin rəhbəri Tural Abbaslı “Nəqliyyat İnfrastrukturunun inkişafına dair sual və təkliflərin müzakirəsi” mövzusunda keçirilən “Milli Biznesin İnkişafı Forumunun ilk sessiyası”nda bildirib.
"Yevlax–Bərdə dəmir yolu xəttinin və rabitə-siqnalizasiya sisteminin layihələndirilməsi işləri davam edir. Yolun bərpası Yevlax–Ağdam dəmir yolu xəttinin fəaliyyətinin təmin edilməsinə töhfə verəcək. Layihənin 2027-ci ildə tamamlanması planlaşdırılır", - o qeyd edib.
Xatırladaq ki, Yevlax-Bərdə dəmir yolunun uzunluğu 38 km, Yevlax-Ağdam yolunun uzunluğu isə 47,1 km təşkil edir. Bu dəmir yolu Bakı - Böyük Kəsik yolunun Qarabağ qoludur.
Oxşar xəbərlər
Horadizə gedən dəmiryol xəttində işlərin başa çatacağı vaxt açıqlanıb
Ağdam-Xankəndi dəmir yolu xətti ilə bağlı layihələndirmə işlərinə başlanılıb
Bərdə–Ağdam dəmir yolu xətti üzrə aparılan işlərin həcmi açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
Süni intellekt yaxın aylarda istənilən müdafiəni sındıra biləcək
-
Türkiyənin iki vilayətində naməlum pilotsuz uçuş aparatları aşkarlanıb
