Xaçmaz və Xudat şəhərlərində əhali içməli su ilə təmin olunur
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində olan Xaçmaz Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi 2025-ci ilin istismar tədbirlər planına uyğun olaraq rayon ərazisində əkin sahələrinin suvarma suyu ilə təmin olunması, o cümlədən əhalinin fasiləsiz olaraq içməli su ilə təminatı istiqamətində tədbirlərini davam etdirir.
Bu barədə "Sizinxeber.az-Economics"ə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən (ADSEA) məlumat verilib.
Bildirilib ki, idarə tərəfindən əkin sahələrinə suvarma suyunu çatdırmaq üçün 2180 km-ə yaxın suvarma kanallarından istifadə olunur ki, bu kanalların 278 km-i beton üzlüklü, 114 km-i qapalı, 2.56 km-i nov kanal, 1783 km-i isə torpaq məcralıdır. Xaçmaz Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi selə qarşı mübarizə tədbirlərini də operativ şəkildə aparır. Bunun üçün idarənin balansında ümumi uzunluğu 2654 paqonomtr bənd mövcuddur. Bundan 2174 paqonometr daş-beton, 480 paqonometri isə dəmir-beton bəndlərdir. Əkin sahələrinin və yaşayış məntəqələrinin sel sularından mühafizəsini təşkil etmək üçün texnikalar vasitəsilə çay məcralarında təmizləmə işləri də plana uyğun olaraq həyata keçirib.
Bundan başqa rayon ərazisində içməli su təchizatı və kanalizasiya şəbəkəsinə xidmət məqsədi ilə idarə əməkdaşları gücləndirilmiş iş rejimində çalışır. Belə ki, baş verən su və kanalizasiya qəzaları operativ şəkildə aradan qaldırılır.
Qeyd edək ki, Xaçmaz Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi suvarma suyunun əkin sahələrinə maneəsiz çatdırılması üçün ötən il suvarma kanallarının 734 min m3-i lildən təmizlənib. Şoranlaşmanın qarşısını almaq üçün kollektorlarda da bu işlər 67 min m3-ə yaxın hissədə aparılıb. Selə qarşı mübarizə tədbirləri çərçivəsində isə 529 min m3 çay məcrasında təmizləmə işləri aparılıb.
Oxşar xəbərlər
Ağsuda 21 248 nəfər içməli su ilə təmin olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
ADSEA: Bu il içməli su və suvarma suyu ilə təminat sahəsində ciddi çətinlik olmayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
ADSEA sədri Cəlilabadda vətəndaşlarla görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda “Ağıllı su” sistemləri yaradılacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
ADSEA sədri Sabirabadda vətəndaşlarla görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"
-
Prezident İlham Əliyev Daşkənddə "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib












