ADSEA: Bu il içməli su və suvarma suyu ilə təminat sahəsində ciddi çətinlik olmayıb
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində olan Regional Su Meliorasiya Xidməti Publik Hüquqi Şəxsin İdarə Heyətinin sədrinin rəhbərliyi ilə tabeli qurumlarla videokonfrans keçirilib.
Bu barədə "APA-Economics"ə ADSEA-dan bildirilib.
Videokonfrans zamanı bu ilin yekunları və yeni ildə qarşıda duran vəzifələr ətraflı müzakirə edilib, tabeliyindəki təşkilatların rəhbərlərinin hesabatları dinlənilib.
Videokonfransda İdarə Heyətinin sədri Zakir Quliyev çıxış edərək, bu ilin yaz və yay aylarında havaların qeyri-sabit keçməsinə baxmayaraq, görülən tədbirlər nəticəsində su anbarlarında kifayət qədər su ehtiyatlarının toplanıldığını, əhalinin içməli su təchizatı və əkin sahələrinin suvarma suyu ilə təminatı sahəsində ciddi çətinliklərin olmadığını bildirib. Eyni zamanda, ilin başa çatmasına çox az bir müddət qaldığını və bu səbəbdən də 2024-cü il üçün nəzərdə tutulan tədbirlərin tam icra edilməsi üçün ciddi tədbirlərin görülməsinin vacibliyini qeyd edib.
İdarə Heyəti sədrinin müavinləri və şöbə müdirləri aidiyyəti sahələr üzrə yerinə yetirilən işlər, yaranan çətinliklər və onların aradan qaldırılması istiqamətində görülən tədbirlər barədə məlumat verib, növbəti ildə qarşıda duran vəzifələr barədə yerli istismar idarələri ilə fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
ADSEA sədri Türkiyənin Su İşləri Baş İdarəsinin rəisi ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
ADSEA-nın rəhbəri və Rusiya Su Ehtiyatları Agentliyinin sədri arasında görüş keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
ADSEA sədri Cəlilabadda vətəndaşlarla görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
ADSEA sədri “Dəyişən iqlim şəraitində ekoloji cəhətdən davamlı su idarəetməsi” mövzusunda tədbirdə iştirak edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
ADSEA sədri Sabirabadda vətəndaşlarla görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













