Azərbaycanda “Ağıllı su” sistemləri yaradılacaq
Azərbaycanda “Ağıllı su” sistemləri yaradılacaq.
Sizinxeber.az-nın xəbərinə görə, bu, “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”da əksini tapıb.
Strategiyaya əsasən, bu məqsədlə 2024−2027-ci illər ərzində içməli su və suvarma suyu təchizatı, yağış sularının idarə olunması sistemlərinin qurulması, suvarılan və suvarılması mümkün əkin sahələrinin müəyyən olunması və elektron xəritələşdirilməsi, irriqasiya və meliorasiya sistemlərinin layihələrinin işlənilməsi, magistral və təsərrüfatlararası suvarma kanallarının bərpası və inşası nəzərdə tutulur. Məlumat bazası əsasında əkinəyararlı sahələrin elektron xəritələşdirilməsi, geniş miqyasda region üçün xas olan əkin növünün planlaşdırılması təmin olunacaq. Nəticədə içməli su və suvarma suyu üzrə idarəetmə sistemi müasirləşdiriləcək, suvarılan və suvarılması mümkün əkin sahələrinin suya tələbatı tam ödəniləcək.
Oxşar xəbərlər
Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya qəbul ediləcək
Qarabağ və Şərqi Zəngəzurda 28 su elektrik stansiyası tikiləcək
Azərbaycanda 2028-ci ilədək içməli su təminatı 85 %-ə çatdırılacaq
KTN: Azərbaycanda kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını 2-3 dəfə artırmaq mümkündür
Şəkidə suvarma mövsümü yekunlaşıb, dağ çaylarında mühafizə tədbirləri görülür
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
-
İran Livanda atəşkəs olmadan danışıqların növbəti mərhələsinə keçməyəcəyini bildirib
