Bəhruz Əsgərov: Ötən il ərzində Naxçıvanda 63,35 km avtomobil yolu əsaslı şəkildə təmir olunub
Ötən il ərzində Naxçıvanda 63,35 km avtomobil yolu əsaslı şəkildə təmir olunub.
Bunu “Sizinxeber.az”un yerli bürosuna açıqlamasında “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Bəhruz Əsgərov deyib.
O bildirib ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” tərəfindən ötən ildə “Əshabi-Kəhf” Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksinin, Culfa şəhərdaxili, Darıdağ Arsenli Su Müalicə Mərkəzinin və Naxçıvan şəhəri, 6-cı küçənin avtomobil yolları əsaslı təmir edilib.
Hazırda dövlət proqramı çərçivəsində Naxçıvan şəhəri Əliabad qəsəbəsinin daxili, Şərur rayonunun Təzəkənd avtomobil yollarında işlər davam etdirilir.
İdarə Heyətinin sədri onu da qeyd edib ki, agentlik bu il Naxçıvan şəhərinin bir neçə küçəsində və muxtar respublikanın digər rayonlarında avtomobil yollarının təmir işlərini həyata keçirəcək.
Oxşar xəbərlər
“Əshabi-Kəhf”ə gedən avtomobil yolu əsaslı təmir olunub
“Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyi” publik hüquqi şəxs yaradılıb
Səbaildə yolların əsaslı təmirinə 350 min manat ayrılıb
Naxçıvanda vergi və gömrük orqanlarının xətti ilə büdcə daxilolmalarında müsbət dinamika var
Naxçıvan “Tibb Müəssisələrinin İdarəetmə Birliyi”nə icraçı direktor təyin olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK












