

Naxçıvanda vergi və gömrük orqanlarının xətti ilə büdcə daxilolmalarında müsbət dinamika var
Naxçıvan Muxtar Respublikasında vergi və gömrük orqanlarının xətti ilə büdcə daxilolmalarında müsbət dinamika müşahidə olunur.
"Report"un yerli bürosu xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikasının Baş naziri Ceyhun Cəlilov Nazirlər Kabinetində keçirilən müşavirədə deyib.
Baş nazir qeyd edib ki, büdcə gəlirləri yerli daxilolmalar hesabına artırılıb. Belə ki, ilk dəfə olaraq büdcə daxilolmalarının 49 %-i yerli büdcə hesabına başa gəlib.
C.Cəlilov 2025-ci il büdcəsinin icrasına başlayacaq qurumlara hər bir istiqamət üzrə xərclərin icrası ilə bağlı müvafiq göstərişlər verib. Müvafiq icra orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə elektron sistemlərin ölkənin anoloji qurumlarının sistemlərinə inteqrasiyanın sürətlənməsini, işgüzar əlaqələrin daha da sıx qurulmasını və onların əldə etdiyi təcrübələrdən yararlanmağı tövsiyə edib, aidiyyəti qurumlara bir sıra tapşırıqlar verib.
Müşavirədə Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsinin 11 aylıq icra vəziyyəti,”Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın 2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planı”nda nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti və ”Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın 2025-2027-ci illər üzrə Təfsilatlı Tədbirlər Planı”nda nəzərdə tutulan və Naxçıvan Muxtar Respublikasının 2025-ci il büdcəsində əsaslı vəsait qoyuluşundan (investisiya xərclərindən) maliyyələşdirilməsi təklif edilən layihələrin ciddi texniki əsaslandırmalar aparılaraq hazırlanması tapşırıqları verilib.
Oxşar xəbərlər
Dövlət Gömrük Komitəsinin xətti ilə büdcə daxilolmaları 5 %-ə yaxın artıb
Azərbaycanın vergi-gömrük orqanlarının büdcə öhdəliyi artırılır
Naxçıvanda I yarımildə büdcə gəlirləri 130 %, xərcləri isə 78 % icra edilib
Azərbaycanda neft-qaz sektorundan büdcə daxilolmaları 48 %-ə yaxın artıb
Azərbaycanda sair vergi daxilolmaları üzrə proqnoz 5 % azaldılır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
-
Prezident: Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayıb, biz güc toplayırdıq
-
Ərdoğan: İlham Əliyevin sülhün də memarı olaraq adını tarixə yazdıracağına inanırıq
